“Warner Bros. Discovery” onlayn televiziyaların 70 işçisini ixtisara salıb

Mənbə: Warner Bros. Discovery

Şirkət bir neçə gün öncə səhmlərin kəskin çökməsi haqda hesabat yaymışdı

“Warner Bros. Discovery” “HBO” və “HBO Max” onlayn televiziya işçilərinin 14%-ni, təxminən 70 nəfərini ixtisar edib.

İxtisara realiti şou departamentləri ilə uşaqlar üçün nəzərdə tutulan layihələrdəki işçilər düşüb.

“Warner Bros. Discovery” bir neçə gün öncə səhmlərin kəskin çökməsi haqda hesabat yaymışdı.

Şirkətin ümumi borcu 53 milyard dollardır.

“Warner Bros. Discovery”nin bu il 518 milyon dollar itirəcəyi və davamlı maliyyə itkilərinin pik həddə çatacağı gözlənilir.

Bu səbəbdən şirkət rəhbərliyi xərcləri ən azı 3 milyard dollar azaltmaq və investorların vəsaitlərini əvvəlkindən daha ehtiyatlı xərcləmək planlarını təsdiqləyib.

Ana səhifəMədəniyyət“Warner Bros. Discovery” onlayn televiziyaların 70 işçisini ixtisara salıb