Bayram Məmmədov

Mənbə: meydan tv

Başlıq: Bayram Məmmədov

Vəkil Bayram Məmmədovla görüşüb

''Bayram Məmmədova verilən işgəncələrlə bağlı şikayət etmişəm''

Vəkil Elçin Sadıqov aprelin 3-də Binəqədi inzibati həbs olunanların Saxlanma Məntəqəsində keçmiş “heykəl məhbusu” Bayram Məmmədovla görüşüb.

Vəkil Baş Prokuror Zakir Qaralova, müavini Rustəm Usubova, daxili işlər naziri Ramil Usubova Bayram Məmmədova verilən işgəncələrlə bağlı həm teleqram, həm də yazılı şikayət edib:

“Bayram Məmmədov döyülməsi ilə bağlı verdiyi izahatı Respublika Prokurorluğuna göndərəcəm.”

Eyni zamanda, vəkil deyib ki, Ombudsman Aparatının müdaxiləsindən sonra onun Bayram Məmmədovla görüşünə icazə verilib.

Bayram Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsilə - polisə müqavimətdə təqsirli bilinərək martın 30-da 30 sutka azadlıqdan məhrum edilib.

Bayram Məmmədov mərhum prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazdıqdan sonra narkotik ittihamıyla həbs olunub 10 il cəza alıb.

O, prezident İlham Əliyevin martın 16-da verdiyi əfv sərəncamıyla azadlığa çıxıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ynhdww

Ən çox baxılan