Vəkil Bayram Məmmədovla görüşüb

Ombudsman Aparatının müdaxiləsindən sonra onun Bayram Məmmədovla görüşünə icazə verilib

Source:

''Bayram Məmmədova verilən işgəncələrlə bağlı şikayət etmişəm''

Vəkil Elçin Sadıqov aprelin 3-də Binəqədi inzibati həbs olunanların Saxlanma Məntəqəsində keçmiş “heykəl məhbusu” Bayram Məmmədovla görüşüb.

Vəkil Baş Prokuror Zakir Qaralova, müavini Rustəm Usubova, daxili işlər naziri Ramil Usubova

Bayram Məmmədova

verilən işgəncələrlə bağlı həm teleqram, həm də yazılı şikayət edib:

“Bayram Məmmədov döyülməsi ilə bağlı verdiyi izahatı Respublika Prokurorluğuna göndərəcəm.”

Eyni zamanda, vəkil deyib ki, Ombudsman Aparatının müdaxiləsindən sonra onun Bayram Məmmədovla görüşünə icazə verilib.

Bayram Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsilə – polisə müqavimətdə təqsirli bilinərək martın 30-da 30 sutka azadlıqdan məhrum edilib.

Bayram Məmmədov mərhum prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazdıqdan sonra narkotik ittihamıyla həbs olunub 10 il cəza alıb.

O, prezident İlham Əliyevin martın 16-da verdiyi əfv sərəncamıyla azadlığa çıxıb.

Ana səhifəXəbərlərVəkil Bayram Məmmədovla görüşüb