Van Dam Afrikanın diplomatı oldu

Klod Van Dam. Foto: Mishakov Valery/shutterstock

Belçika əsilli aktyor Konqo Demokratik Respublikasını təmsil edəcək

Belçika əsilli amerikalı aktyor Jan Klod Van Dam Konqo Demokratik Respublikasının diplomatik pasportunu alıb.

Diplomatik pasportu Van Dama Konqo Demokratik Respublikasının Prezidenti Feliks Çisekedi adından xarici işlər nazirinin müavini Sami Adubanqo təqdim edib.

Səfir kimi onun vəzifəsi ətraf mühitə və vəhşi təbiətə dəstək olmaq, həmçinin xarici sərmayələri, xüsusən də ölkənin kənd təsərrüfatına cəlb edilməsini təşviq etmək olacaq.

“Mən başa düşdüm ki, ölkəyə ilk növbədə sabitlik lazımdır. Hələlik siyasi təfərrüatlara varmayacağam. Artıq prezidentdən və onu müşayiət edənlərdən çoxlu məlumatlar almışam”, – deyə sənətçi bildirib.

Van Dam söz verib ki, həmkarları Silvestr Stallone, Arnold Şvartsenegger və Ceki Çanı, eləcə də şou-biznes və idman ulduzlarını Konqoya gəlməyə razı salacaq.

Çalışacaq ki, onlar belə səfərlərin təhlükəsiz olmasına əmin olsunlar.

1960-cı ilə qədər Konqo Demokratik Respublikası Belçikanın müstəmləkəsində olub.
Van Dam dünya miqyasında döyüş sənəti ustası kimi kino şöhrəti qazanıb.
O, 50-dən çox filmə çəkilib.

Aktyorun oğlu Kristofer 2021-ci ildə azərbaycanlı pianoçu Suada Hacızadə ilə evlənib.

Ana səhifəMədəniyyətVan Dam Afrikanın diplomatı oldu