V Buktreyler festivalı

Mənbə: Foto: Meydan TV

Başlıq: V Buktreyler festivalı

V Buktreyler festivalı başlayıb

Festivalın məqsədi kitab və mütaliənin cəmiyyətdə təbliğidir

Ənənəvi olaraq keçirilən Buktreyler Festivalına artıq start verilib. 2016-cı ildən baş tutan festivalın bu il 5 yaşı tamam olur.

Festivalın təsiçisi və direktoru, aktyor Ruslan Sabirli Meydan TV-yə bildirib ki, müraciət edənlərin, qəbul edilən buktreylerlərin sayı ildən-ilə artır. Festival aprelin 23-də, Beynəlxalq Kitab Günündə başa çatacaq:

“Hazırda buktreylərin qəbulunu davam edirik. Gənclərimizin 1 aprelə kimi buktreylər çəkib, göndərmək şansları var. Yəni, hər kəs istədiyi kitaba buktreylər çəksin, göndərsin və pul mükafatlarını qazansın. Bizdə adətən 6 qalib olur - bir nəfər birinci, iki nəfər ikinci, üç nəfər üçüncü yer. Birinci yer 1000, ikinci yerlərin hərəsi 800, üçüncü yerlərin hərəsi 500 manat olmaqla pul mükafatı qazana biləcəklər”.

Ruslan Sabirli festivalda iştirak şərtləri haqqında da məlumat verib. Bildirib ki, bu yarışa yaşından asılı olmayaraq hər kəs qatıla bilər. İştirakçı öz sevdiyi azərbaycanlı yazar və ya sadəcə, Azərbaycan ədəbiyyatına buktreyler çəkib, onu festivalın internet səhifəsində - booktrailer.az saytında qeydiyyatdan keçirməklə iştirak edə bilər. Festivala bir iştirakçı tərəfindən təqdim olunan buktreylerlərin sayına məhdudiyyət qoyulmur:

“Bundan başqa, bizim keçən ildən başladığımız bir ənənə var, “ən yaxşı mobil buktreyler” nominasiyasıdır ki, onun da qalibini 1000 manat pul mükafatı gözləyir. Mobil buktreylər nə deməkdir? Yəni, buktreyleri peşəkar kamera ilə deyil, mobil telefona, smartfon və yaxub planşetlə çəkib, bizim festivalda iştirak etmək mümkündür”.

Ruslan Sabirli

Ruslan Sabirli

Mənbə: Meydan TV

Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla, oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq anlarını özündə əks etdirən video çarxdır. “Kitabı tanıdın, kitabla tanının” sloqanlı festivalın məqsədi kitab və mütaliənin cəmiyyətdə təbliği, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılmasıdır:

“Çalışırıq ki, gəncləri mütaliəyə səsləyək, kitabları təbliğ edək sosial şəbəkələr üzərindən. Düşünürəm ki, əgər festivalımız 5-ci ilə qədər gəlib çatıbsa, deməli, bu missiya bizdə qismən də olsa yaxşı və ya əla alınır. Və biz yolumuzu davam edəcəyik”.

Qalibləri əməkdar və xalq artistlərindən ibarət münsiflər heyəti müəyyənləşdirəcək. Şərtlər haqqında ətraflı məlumatı festivalın sosial şəbəkələrdəki hesablarından da əldə etmək mümkündür.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/xl8x4h

Ən çox baxılan