Urod

Həm fiziki, həm mənəvi baxımdan dünyanın ən eybəcər prezidenti ünvanını daşıyan İlham Əliyev…

Source:

84 saylı Füzuli rayon seçki dairəsi 65 saylı seçki məntəqəsində adı naməlum, standart Azərbaycan arvadkası, gənc müşahidəçiyə “Küçük! Qalmışıq bir dılğırın əlində” qışqırdı və üfunətli darbalağının, çürük döşlərinin arasından “İlham Heydər oğlu Əliyev”in xeyrinə işarələnmiş bülletenləri çıxarmaq üçün masaya tələsdi.

Həm fiziki, həm mənəvi baxımdan dünyanın ən eybəcər prezidenti ünvanını daşıyan İlham Əliyev, bax bu arvadkaların tumanlarının, lifçiklərinin içindən çıxaraq özünə 85% səs təmin etdi. Zatən İlham Əliyev ya arvad tumanından çıxır, ya da arvad arxasında gizlənir – bu onun kredosudur. Yeraz-Naxçıvan klanına güc yetirmək asan məsələ deyil, bu üzdən Paşayev klanına ehtiyac duyur. Bunlar aydındır. Seçkilərdə Ramiz Mehdiyevin ümumiyyətlə gözə dəyməməsi; əvvəl bir proqnoz, bəyanat, ya da sonrasında heç olmasa quruca təbrik səsləndirməməsi, Paşayevlərin qələbəsinin bariz sübutudur.

Cəmil Həsənli debatların birində İlham Əliyev haqqında diktator ifadəsi işlətmiş, onu Kim İr Senlə müqayisə etmişdi. Qüsurlu və ədalətsiz müqayisədir.

Nə diktatoru Allah eşqinə? Siz bir bunun vücuduna, danışığına, tipinə baxın. “Diktator” anlayışını təhqir etmək nəyə lazım? İlham Əliyevin etdiyi, hakimiyyətin qəsbidir, banal oğurluqdur. Diktatura nə qədər iyrənc olsa da, heç zaman arvad tumanından çıxmayıb. Mənə “Ədə, cıraram səni, ayağımı soxaram sənə” qışqıran arvadların çiyinlərində hakimiyyəti zəbt etmiş bircə diktator göstərin.

Diktator (nə qədər acı səslənsə də) gücünü, dəstəyini xalqdan alır. Məhz xalqın dəstəyi ona hakimiyyəti əldə saxlamağa kömək edir (Heydərin 1993-1998 illəri). Uzurpator, oğru, qəsbkar isə yalnız repressiya ilə hakimiyyətini qoruya bilər.  Uzurpator xalqdan it kimi qorxur, diktatorun isə belə bir qorxusu ola bilməz.

Əmin olun ki, İlham, ona diktator deyiləndə sevinir, ekstaza düşür. Bu söz ona güc, enerji verir, qəsbkarlıqda iradəsini artırır. Mənasına varacaq qədər zəkası, ağlı, intellekti olmasa da, diktator adlandırılıb Kim İr Senlə, Stalinlə, Hitlerlə, Mao ilə bir sırada dayanmaqdan həzz alır. Bu sehrli söz, onu depressiyaya düşməyə qoymur.

Təkrardan ziyan gəlməz – İlham Əliyev banal oğrudur. Ona diktator deyib şərəfləndirmək yerinə, adı ilə çağırmaq lazımdır – Oğru.


Avropadan, ABŞ-dan heç nə gözləmirik deyəndə də gözümüzün içinə qədər yalan danışırıq. Əlbəttə gözləyirik. Gözləyirik deyəndə bəşəri prinsiplərə sədaqət göstərmələrini istəyirik. Buna haqqımız çatırmı? Axı onların da öz ikiüzlülüklərinə bəraət qazandırmağa qəşəng bəhanələri var “Siz hərəkət edin, biz də dəstək verək”. Özlərinə görə haqlı deyillər?

Bilmirəm. Axı bu xalq, doxsanların əvvəlində iqtidara gətirdiyi milli qüvvələrin xəyanətinə də şahid olan xalqdır. 1993-də ölkəni Heydərə mənim nənəmmi verdi? On il sonra, 2003-də İsa Qəmbərə səs verib meydanda qanına qəltan edilən bu xalq deyilmi? 2005-də Qələbə meydanında İlhamın itlərinin hücumuna məruz qalan, sümükləri sınan azərbaycanlılar olmadımı? Daha hansı hərəkəti gözləmək olar onlardan?

Azərbaycanlıları başa düşmək çətin olmamalı. Onlar bir az qorxaq, bir az sinik, bir az həyasız amma ən əsası yorğundurlar. Oktyabrın 9-u səslərini Cəmil Həsənliyə verib oturublar. Gerisi onlarlıq deyil.

“Qalmışıq bir dılğırın əlində”. Bəli, azərbaycanlılar olaraq bir dılğırın əlində qalmışıq. Deyirsiniz qumarbaz? Yanılırsınız. O, hətta qumarbaz kimi də çox istedadsızdır.

Ana səhifəMənim FikrimcəUrod