Tural Mustafayev: “Heç kimə güvənmirəm”

“Sənin vicdanın kimi mənim vicdanım da təmizdir”

Source:

“Sənin vicdanın kimi mənim vicdanım da təmizdir”

Araşdırmaçı jurnalist, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayıl sonuncu məhkəmə prosesində vəsatət qaldıraraq, cinayət işində zərərçəkən kimi tanınan Tural Mustafayevin avqustun 26-da prosesə gəlməsini, mövqeyini müəyyənləşdirməsini istəmişdi.

Tural Mustafayev məhkəmə istintaqı zamanı jurnalistin əleyhinə vermiş olduğu ifadədən imtina edib. Bundan sonra o, prosesə qatılmayıb, məhkəmədə onu nümayəndəsi Səftər Hüseynov təmsil edib. Səftər Hüseynov isə Tural Mustafayevdən fərqli olaraq, ittihamçının fikirlərini dəstəkləyib. Belə ki, o, avqustun 21-də keçirilən prosesdə vəkil Səftər Hüseynov prokurorun Xədicə İsmayılın Tural Mustafayevi intihar həddinə çatdırması fikri ilə razı olduğunu söyləyib. Buna görə də Xədicə İsmayıl Tural Mustafayevin məhkəməyə gəlməsini istəyib.

Avqustun 23-də Tural Mustafayev öz Facebook səhifəsində Xədicə İsmayılın çağırışına cavab verib:

“Rasim Əliyev öldü! Mingəçevirdə bir gənc öldü. Lap sabah mən də öldüm. Nə olacaq axı? Kimə güvənirsən? Avropa Birliyinə? NATO-ya? Amerikaya? Yoxsa min illər boyunduruq altında olan “Azərbaycan” xalqına? Hansı ki, min illər boyu tatar, türk, monqol, ləzgi, ya da Azərbaycan milləti olmağına inanmayan, seçkiləri 70 manata saxtalaşdıran millətə inanırsan? Məni 26-da məhkəməyə mövqeyimi müəyyənləşdirməyə çağırırsan. Lap yaxşı, mən gəldim və dedim ki, mənim mövqeyim vəkilimlə üst-üstə düşmür. Nə olacaq? 9 ildən işini 5 ilə endirəcəklər? Ya 9 il olsun, ya 5 il olsun. Əfv yazmaq istəsən, elə bunu birinci ildə edə bilərsən. Daha 5 il, ya da 9 il gözləməyə dəyməz. Sənin vicdanın kimi mənim vicdanım da təmizdir. İnanmaya bilərsən. Nə vaxtsa imkan olsa, hakimiyyət dəyişsə, arxivlər açılsa, hər şey gün kimi aydın olacaq. Mən səndən fərqli olaraq, heç kimə güvənmirəm. Sadəcə, özümə güvənirəm və inanıram ki, hər şey mənə də qismət olacaq, mən qisasımı alacam. Sadəcə, istəyim odur ki, məndən əl çəkin….”

Dövlət ittihamçısı X.İsmayılın 9 il azadlıqdan məhrum edilməsini istəyib. Avqustun 26-da Xədicə İsmayılın məhkəmədə son söz deyəcəyi gözlənilir.

Ana səhifəXəbərlərTural Mustafayev: “Heç kimə güvənmirəm”