Trampın keçmiş vəkili koronavirusa görə türmədən tez çıxacaq

“CNN” xatırladıb ki, bir ay əvvəl Federal Məhkəmə Koenin vaxtından əvvəl azad edilməsi ilə bağlı xahişini rədd edib.

Source: Foto: google.ru


Vəkil cəzasının qalan hissəsini ev dustaqlığında keçirəcək

ABŞ-ın Türmələr üzrə Federal Bürosu Donald Trampın hazırda məhkumluq həyatı yaşayan keçmiş vəkili Maykl Koenə koronavirusa görə türmədən vaxtında əvvəl buraxılacağı barədə xəbərdarlıq edib.

“CNN” telekanalının məlumatına görə, keçmiş vəkilin saxlanıldığı Otisvill türməsində 14 məhbusda və cəzaçəkmə müəssisəsinin 7 əməkdaşında koronavirus tapılıb.

Məlumata görə. M.Koen cəzasının qalan müddətini ev dustaqlığı şəraitində keçirəcək. Onun cəzası 2021-ci ilin noyabrında bitir.

“CNN” xatırladıb ki, bir ay əvvəl Federal Məhkəmə Koenin vaxtından əvvəl azad edilməsi ilə bağlı xahişini rədd edib. Koen koronavirusla bağlı azad edilməsini xahiş etsə də, məhkəmə onu azad olmaq üçün əsassız arqumentlər gətirməkdə ittiham etmişdi.

Maykl Koen 2018-ci ilin sonunda vergidən yayınma, seçki kampaniyasının maliyyələşməsi qaydalarını pozmaqda, susmaq üçün rüşvət verməkdə günahkar bilinib.

Federal prokurorlar Koeni iki qadına ümumilikdə 280 min dollar rüşvət verməkdə ittiham ediblər. İki qadından biri porno-aktrisa Stormi Deniels olub. Qadınlar Trampla sevgi əlaqələrində olmaları barədə susmalı idilər.

Ana səhifəDünyaTrampın keçmiş vəkili koronavirusa görə türmədən tez çıxacaq