Tovuzun 8 kəndində evlər su içindədir

10 iyunda Tovuz rayonunun 8 kəndinə yağan dolu sakinlərin damlarına, kənd təsərrüfatı sahələrinə, toyuq-cücələrinə ziyan vurub. Əlimərdanlı kəndinin sakinləri deyir ki, evlərə dəyən ziyan siyahıya alınsa da, hələ ki, yerli icra orqanlarından onlara heç bir kömək göstərilməyib.

Əlimərdanlı kəndində 750 ev var. Kəndin icra nümayəndəliyi bildirib ki, evlərin hamısı doludan ziyan çəkib. 7-8 dəqiqə yağan dolu rayonun Qədirli kəndinə də ziyan vurub. Kənd sakinləri bildirir ki, 300 evə ziyan dəyib. Amma evlərinin təmiri üçün hökumətdən heç bir yardım göstərilməyib.

Hadisə ilə bağlı Tovuz rayon icra hakimiyyətində yaradılan fövqəladə hallar komissiyasının sədri Mübariz Məmmədov bildirib ki, rayonun 8 kəndində 2834 ev təsərrüfatına ziyan dəyib. Komissiya dəymiş ziyanın məbləğini araşdırır. Bundan sonra sakinlərə yardım göstəriləcək.

Əlimərdanlı kənd sakini isə hər gün yağan yağışlardan sonra damın dəliklərindən evinə keçən suları qurudur.

Ana səhifəVideoTovuzun 8 kəndində evlər su içindədir