Tofiq Yaqublu Dünya Azadlıq Konqresinin “Cəsarət” mükafatına layiq görülüb

Иллюстрация Мейдан ТВ

Həbsdə olan müxalif siyasətçi Tofiq Yaqublu beynəlxalq səviyyədə mükafatla təltif olunub. O, Dünya Azadlıq Konqresi tərəfindən təqdim edilən “Cəsarət” (Courage Award) mükafatına layiq görülüb.

Məlumatı hüquq müdafiəçisi Arif Yunus paylaşıb.

Foto: Meydan TV

Onun sözlərinə görə, mükafat üçün namizəd seçimi bir neçə ay davam edib və Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Tofiq Yaqublunun namizədliyini irəli sürüb. Ümumilikdə bu il mükafata 60 ölkədən insan hüquqları müdafiəçiləri və siyasi məhbuslar namizəd göstərilib.

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub.

O, 2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.

Yaqublu bu ittihamlara etiraz olaraq 2025-ci il aprelin 1-dən mayın 10-dək – 40 gün aclıq aksiyası keçirib.

Mükafat təqdimetmə mərasimi noyabrın 9-da Berlində baş tutub. Tədbirdə Yaqublunun özü iştirak edə bilmədiyi üçün onun adından mükafatı Leyla və Arif Yunus qəbul ediblər. Siyasətçinin qızı Nigar Həzi isə mərasimə videobağlantı vasitəsilə qoşulub.

Ana səhifəSiyasətTofiq Yaqublu Dünya Azadlıq Konqresinin “Cəsarət” mükafatına layiq görülüb