“The Chainsmokers” kosmosda çıxış edən ilk qrup olacaq

Mənbə: “apnews.com”

“Yerin Kosmosdan görünüşü qeyri-adi, ilhamvericidir”

“The Chainsmokers” kosmosda çıxış edən ilk qrup olacağını deyir.

Bu barədə qrup açıqlama yayıb.

Bildirilir ki, Endryu Taqqartla Aleks Pollun dueti 2024-cü ildə reallaşacaq.

Musiqiçilər “World View” kosmos turizmi şirkəti ilə müqavilə imzalayıblar.

İfaçılar çıxış etmək üçün germetik kapsula yerləşdiriləcəklər.

“Biz həmişə kosmosa getməyi və bu həyəcanı, macəranı yaşamağı, yeni təcrübə toplamağı arzulamışıq. Bilirik ki, Yer kürəsinin Kosmosdan görünüşü qeyri-adi, ilhamvericidir. Buna görə də bu uçuşu gələcək yaradıcılıq layihələrimizdə istifadə etməyi düşünürük”, – qrupun açıqlamasında deyilir.

“The Chainsmokers” EDM (Elektron rəqs musiqisi) pop qrupu 2012-ci ildə yaradılıb.

“Qremmi” musiqi mükafatına layiq görülmüş DJ qrupu iki nəfərdən – Endryu Taqqartla Aleks Polldan ibarətdir.

Qrupun məşhur mahnıları sırasında “Selfie”, “Closer”, “Paris” var.

Ana səhifəMədəniyyət“The Chainsmokers” kosmosda çıxış edən ilk qrup olacaq