Tərtərin Qaraqoyunlu kəndinə ciddi ziyan dəyib

Kənd sakini Mirzə Rəhimovun yaşadığı evə qrad mərmisi düşərək fərdi yaşayış evini dağıdıb

Source:
Tərtərdə ev dağılıb
Tərtərdə ev dağılıb

Kənd sakini Mirzə Rəhimovun yaşadığı evə qrad mərmisi düşərək fərdi yaşayış evini dağıdıb

Cəbhəyanı yaşayış məntəqələrinin atəşə tutulması davam edir. “Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, ötən gecə Tərtərin yaşayış məntəqələri ağır artilleriya qurğularından şiddətli atəşə tutulub. Nəticədə rayonun Qaraqoyunlu kəndinə bir neçə mərmi düşüb. Kənd sakini Mirzə Rəhimovun yaşadığı evə qrad mərmisi düşərək fərdi yaşayış evini dağıdıb. Hadisə zamanı ev sahibləri əkin sahələrində olduğu üçün xəsarət alan olmayıb.

Tərtər rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədr müavini İlqar Musayev bildirib ki, ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində Qaraqoyunlu kəndinə ciddi ziyan dəyib: “Kəndin elektrik təsərrüfatına, kommunikasiya xətlərinə ciddi ziyan dəyib. Kəndə gələn qaz boruları zədələnib. Fərdi yaşayış evlərinə qrad mərmisinin düşməsi nəticəsində bir neçə evdə yanğın baş verib”.

İ.Musayev əlavə edib ki, Tərtərin Qapanlı kəndi də atəşə məruz qalıb və yüksək gərginlikli elektrik xətləri sıradan çıxıb.

Ana səhifəXəbərlərTərtərin Qaraqoyunlu kəndinə ciddi ziyan dəyib