Talıbovlar bizneslərini genişləndirir

“Nəxşicahan Holdinq ltd” şirkətlər qrupuna 14 şirkət daxildir

Source:


“N


ə


x


ş


icahan Holdinq ltd






ş


irk


ə


tl


ə


r qrupuna 14


ş


irk


ə


t daxildir

Naxçıvan MR Ali Məclisinin sədrinə aid olduğu deyilən “Nəxşicahan Holdinq ltd” şirkətlər qrupu biznes portfelini genişləndirir. 2007-ci ildən fəaliyyət göstərən holdinq «ailə»sinə tibb şirkəti də daxil olub.

Vergilər Nazirliyi iyunun 4-də məlumat verib ki, “Nəxşicahan Med” MMC (VÖİN: 200728171) bu il aprelin 17-də dövlət qeydiyyatına alınıb. Şirkətin rəhbəri Seymur Talıbovdur. Naxçıvan MR Ali Məclisinin sədrinin oğlu “Nəxşicahan Holdinq ltd”nin maraqlarını ölkədə və ölkədən kənarda təmsil edir.

“Nəxşicahan Holdinq ltd” şirkətlər qrupuna 14 şirkət daxildir. Qrupun Bakıda və muxtariyyatda ticarət mərkəzi, YDM-ləri, mehmanxana, sənaye müəssisəsi və başqa obyektləri var (Turan IA).

Ana səhifəXəbərlərTalıbovlar bizneslərini genişləndirir