Mirsaleh Seyidov Penitensiar xidmətin rəisi vəzifəsindən çıxarıldı

Mirsaleh Seyifov və Sahib Rzayev – Foto: Ədliyyə Nazirliyi

Penitensiar xidmətin rəisi, ədliyyə nazirinin müavini Mirsaleh Seyidov tutduğu vəzifələrdən azad edilib.

Bu barədə Prezident İlham Əliyev oktyabrın 27-də sərəncam imzalayıb.

General-mayor Mirsaleh Seyidov 2023-cü il iyulun 10-da ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsinə təyin edilmişdi.  O, Penitensiar xidmətə rəhbərlik etdiyi dövr ərzində mütəmadi olaraq cəzaçəkmə müəssisələrində saxlanma şəraiti, sanitar problemlər, məhbuslara münasibətlə bağlı şikayətlər səslənib. 

Ölkə başçısı İlham Əliyevin digər sərəncamı ilə Sahib Rzayev ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsinə təyin edilib.

Sahib Cəlil oğlu Rzayev 1977-ci ildə anadan olub. 2001-ci ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2011-ci ildə beynəlxalq hüquq ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirib.

O, 2001–2006-cı illərdə daxili işlər orqanlarında, 2006–2023-cü illərdə isə Fövqəladə Hallar Nazirliyində çalışıb. 2025-ci ilin iyulundan bəri Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəisi vəzifəsini icra edib.

Ana səhifə ▸ Xəbərlər ▸ Mirsaleh Seyidov Penitensiar xidmətin rəisi vəzifəsindən çıxarıldı