Tağıyevin köşkünün bərpası tələb edilir

“Malikanənin bərpa məsələsi ilə bağlı qurumlar öz aralarında razılığa gəlməlidirlər”

Source:
Köşkün içi
Köşkün içi


“Malikanənin bərpa məsələsi ilə bağlı qurumlar öz aralarında razılığa gəlməlidirlər”

Aktivistlər Tağıyevin köşkünün bərpa olunmasını tələb ediblər. Fəallar bildirirlər ki, Azərbaycanın tanınmış neft sənayeçisi və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin köşkü təcili surətdə bərpa olunmalıdır, ancaq məmurlar arasında anlaşmazlıq bərpa prosesinin başlanmasına maneə törədir. Azərbaycan Musiqi Xadimləri İttifaqı bərpadan sonra binanın yerində uşaqlar və gənclər üçün mədəniyyət mərkəzi açmaq lazım olduğunu düşünürlər.

Malikanə Bakının Mərdəkan qəsəbəsində yerləşir. Bura, oktyabr inqilabına qədər tanınmış neft sənayeçisi və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin köşkü olub. Sonralar hərbi xəstəxana, ardınca isə vərəm dispanseri kimi fəaliyyət göstərib.

Son illərdə Tağıyevin köşkü boş, yararsız qalıb. “Kavkazskiy uzel”-in müxbiri Əziz Kərimov həmin ərazidən reportaj

hazırlayıb

.

Köşkün içi
Köşkün içi

Nobel qardaşlarının villası muzeyə çevrilir, Tağıyevin köşkü isə tərk edilir

“Tarixi, mədəni və təbii irsi qoruma” QHT-nin İctimai Nəzarət Komitəsinin sədri Aytəkin İmranovanın sözlərinə görə, Tağıyevin köşkü dövlət tərəfindən qorunan tarixi və mədəni abidədir.

“Təəssüf ki, Azərbaycanda, hələ Sovet dövründə dövlətin qorunması altına alınmış 1600 mədəniyyət, tarix və memarlıq abidəsinin çoxu düzgün şəkildə qorunmur. Tağıyevin köşkü ona görə unikaldır ki, o, eyni zamanda mədəniyyət, tarix, təbiət və memarlıq abidəsidir”, – Aytəkin İmranova “Kavkazskiy Uzel”in müxbirinə belə

deyib.

İmranova qeyd edir ki, malikanə Bakının yaxınlığında olan Mərdəkan qəsəbəsində yerləşir.

“Orada xüsusi mikroiqlim var. Mərdəkan dəniz yaxınlığındadır. Hələ 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlində Tağıyevin köşkündə böyük və gözəl bağ salınmışdı. Bütün yay boyu bağın kölgəliyində sərin hava olurdu. Təsadüfi deyil ki, bu yer vərəm xəstəliyindən əziyyət çəkənlər üçün istifadə olunurdu”, –İmranova əlavə edib.

İmranovanın da bildirdiyi kimi malikanə “Azərbaycan xalqı və onun maarifənməsi üçün çox iş görmüş insanın adı ilə bağlıdır”.

Köşkün içi
Köşkün içi

İmranova deyir ki, Tağıyev ilk qızlar məktəbini açıb, Azərbaycan gənclərinin xaricdə təhsilini maliyyələşdirib, Bakıya ilk su kəməri çəkib, xeyriyyəçiliklə məşğul olub.

“Bakıdan qazandıqlarını xaricə çıxaran Nobel qardaşlarının malikanələri muzeydirsə, niyə var-dövlətini öz ölkəsinin inkişafına xərcləyən Tağıyevin köşkü restavrasiya olunmasın və muzeyə çevrilməsin? Axı o, heç inqilabdan sonra da Bakıdan qaçmadı. Öz varidatını dövlətə verdi. Təqdirəlayiqdir ki, Mərdəkandakı köşkünü özü üçün saxladılar və o, son günlərinə qədər orada yaşadı. Yalnız ölümündən sonra, 1924-cü ildə köşk milliləşdirildi”, – İmranova deyir.

Hacı Zeynalabdin Tağıyev (1838-1924) Rusiyanın ən tanınmış və hörmətli neft maqnatlarından idi. Bakıda fəaliyyət göstərən müsəlman, rus, erməni və yəhudi xeyriyyə cəmiyyətləri Tağıyevi fəxri sədr seçmişdilər. Tağıyev neft istehsalçısı, dəyirmanın sahibi, sənayeçi, böyük balıq istehsalçısı, tacir və yük gəmiləri sahibi idi. “Çoxu Hacı Zeynalabdin Tağıyevi Azərbaycan iqtisadiyyatının atası hesab edir. Bakı gəmiqayırma zavodları, neft zavodları, ilk at-dəmir yolu, yanğın deposu, Bakı su kəməri, ilk sindikat banklar, ilk pambıq dəyirmanı, məktəblər, mədrəsələr, məscidlər (Rusiya daxil olmaqla), xəstəxanalar, teatrlar ən böyük və səxavətli Bakı milyonçu-sənayeçilərindən birinin pulları ilə açılır və inkişaf edirdi”, – “Naş Baku” saytında Tağıyev haqqında yerləşdirilən məqalədə deyilir.

Mədəniyyət Nazirliyi mülkün bərpa işləri üçün maliyyə ayrılmasını xahiş edib.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov “Kavkazskiy Uzel”ə

deyib

ki,  “Tağıyevin köşkü” Azərbaycan Səhiyyə Nazirliyinin nəzdindədir. Onun sözlərinə görə, əmlakın gələcək taleyi bu qurumun səlahiyyətləri daxilindədir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cavid Xəlilov isə bildirib ki, onun işlədiyi qurum mədəni abidə olaraq dövlət himayəçiliyində olan binaların taleləri ilə bağlı təkbaşına qərar vermir.

Nazirlər Kabinetinin 2001-ci ildə verdiyi 132 saylı qərara uyğun olaraq, Tağıyevin köşkü Azərbaycanın qorunmaqda olan tarixi-memarlıq abidələri reyestrinə daxil edilib. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Əlavə olaraq isə binanın Bakı Səhiyyə İdarəsinin nəzdində olduğu bildirilib.

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi bildirib ki, qanunvericiliyə əsasən, tarixi əhəmiyyəti olan abidə hansı qurumun balansındadırsa, o qurum da məsuliyyət daşıyır, yəni indiki halda Səhiyyə Nazirliyi.

“Tağıyevin köşkünün bərpa məsələsi ilə bağlı qurumlar öz aralarında razılığa gəlməlidirlər”,- deyə Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə bildirib. “Belə çıxır ki, hazırda obyekt Dövlət Əmlak Komitəsinin nəzdində, Səhiyyə Nazirliyinin istifadəsində, Mədəniyyət və Turizm Nazirliyinin mühafizəsi altındadır. Məndə olan məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi Tağıyevin köşkünün bərpasına vəsait ayırması üçün artıq Maliyyə Nazirliyinə müraciət edib”, – deyə Qasımzadə qeyd edib.

Bununla belə, o, memarlıq baxımından “binanın dövlət yox, yerli əhəmiyyətə malik abidələrə aid olduğunu” vurğulayıb.

“Bu, sadəcə bir köşkdür. Ancaq binanı 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Bakının zəngin təbəqəsinin istirahət yeri nümunəsi olaraq saxlamaq vacibdir. Hər bir halda, bu, tarixi abidədir. Həm də ki, Azərbaycan xalqının görkəmli şəxsiyyətlərindən biri olan Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır”, – deyə bildirib. Memarın fikrincə, bərpa edildikdən sonra obyektin təyinatı dəyişdirilə bilər.

“Şərt deyil ki, xəstəxana olaraq istifadə olunsun. Mədəniyyət işləri üçün nəzərdə tutulmuş bir yer olaraq da fəaliyyət göstərə bilər”, – deyə Qasımzadə vurğulayıb.

Azərbaycan Musiqi Xadimləri İttifaqının sədri və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli də Tağıyevin malikanəsinin bərpasının vacib olduğunu düşünür.

“Villaya yeni həyat vermək lazımdır. Bakıda artıq Tağıyev muzeyi var. Bu insanın Azərbaycan gənclərinin mənəvi, yaradıcı inkişafı üçün çox şey etdiklərini nəzərə alsaq, onu bərpa edərək orijinal görünüşünə qaytarmaq məntiqəuyğun olardı. Və orada istedadlı uşaqlar, gənclər üçün yay məktəbi açmaq, mədəniyyət mərkəzi qurmaq olardı”, – deyə Bədəlbəyli bildirib.

Ana səhifəReportajTağıyevin köşkünün bərpası tələb edilir