Şuşa şəhərinə polis şöbəsi köçürüldü, komendant təyin olundu

“Yaxın günlərdə onun fəaliyyəti təmin olunacaq”, – məlumatda bildirilir.

Source: Specify Source


İşğaldan azad edilmiş ərazilərdə DTX-nin idarə və şöbələri də fəaliyyətə başlayacaq

Şuşa Şəhər Polis Şöbəsi Şuşa şəhərinə köçürülüb.


Məlumat

ı Daxili İşlər Nazirliyinin mətbuat xidməti açıqlayıb.

Məlumatda deyilir ki, bu, Prezidentin "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Fərmanına uyğun olaraq edilib: “Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə işğaldan azad edilən rayonlara polis şöbələri köçürülür. Şuşa şəhər Polis Şöbəsinin rəisi şəhər üzrə komendant təyin olunub”.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, polis şöbələri müvəqqəti komendantlıqlar kimi hər rayon üzrə xüsusi idarəetməni həyata keçirəcəklər.

Daha öncə Xocavənd Polis Şöbəsinin rayonun Hadrut qəsəbəsinə köçürüldüyü bildirilmişdi. Eyni zamanda, işğaldan azad edilən Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında da yerli polis şöbələri işə başlayıb.

Prezident İlham Əliyev oktyabrın 29-da "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" fərman imzalayıb.

Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) idarə və şöbələri də fəaliyyətə başlayacaq.

Noyabrın 12-də DTX-nin yaydığı

məlumat

da belə deyilir.

“Şuşanın strateji əhəmiyyəti nəzərə alınaraq, DTX-nin Şuşa şəhər idarəsi təsis edilib. Yaxın günlərdə onun fəaliyyəti təmin olunacaq”, – məlumatda bildirilir.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-də ağır döyüşlər başlamışdı.

Döyüş əməliyyatları noyabrın 9-dək davam edib. Bu 44 gün ərzində Azərbaycan tərəf 280-dək kəndin, dörd qəsəbənin (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhərin (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edildiyini açıqlayıb.

Noyabrın 10-da isə Azərbaycan, Ermənistan və Rusiya başçılarının adından atəşkəs bəyanatı yayılıb.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır.

Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur.

Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Ana səhifəSiyasətŞuşa şəhərinə polis şöbəsi köçürüldü, komendant təyin olundu