Şabranın mərkəzindən Leyti kəndinə təxminən 15 km-dir. 30 ildən çoxdur ki, bu kənddə su yoxdur. Kənd camaatı da su gətirmək üçün kiçik bir bulağa möhtacdır. Kəndlilər deyir ki, yay aylarında isə ümumiyyətlə bulağın qarşısında uzun-uzadı növbə olur. Bəzi ailələr Leyti kəndini tərk edib yaxınlıqdakı kəndə, bəziləri də Bakıya köçüb. Kənddə iş olmadığından gənclər ya Şabrana, yaxud da Bakıya gediblər. Nüsrəddin Abdullayev də Leyti kənd sakinidir. Leytidə doğulub, burda da yaşayır. Deyir, kənddə 35 ilə yaxındır ki, qaz yoxdur. Meşədən də ağac kəsməyə icazə vermirlər. Quru odun gətirmək isə olduqca çətindir. Satılan odun isə 250-300 manata başa gəlir.
Bu yazı 4 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 29 Mart 2021 16:27
Son dəyişiklik: 29 Oktyabr 2021 16:40
Qısa link: https://storage.googleapis.com/qurium/www.meydan.tv/az-article-soyuq-ve-susuz-kendin-sakinleri.html
Ana səhifə ▸ Fotoreportaj ▸