Bir gündə virusa yoluxma sayı 144-dür
Fevralın 20-də Azərbaycanda 144 adam COVİD-19 infeksiyasına yoluxub, 147 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda testi müsbət çıxmış 2 nəfərin öldüyü qeyd olunub.
Operativ Qərargah Azərbaycanda indiyə qədər 232 min 973 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:
"Onlardan 227 min 619 nəfər müalicə olunaraq sağalıb, 3195 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2159 nəfərdir".
Qərargah ötən müddətdə 2 milyon 543 min 880 testin aparıldığı xatırlanıb: "Bugünkü test sayı isə 8055-dir".