Son sutkada Azərbaycanda 147 nəfər koronavirusa yoluxub

“Bugünkü test sayı isə 7298-dir”.

Source: Meydan TV


4 nəfər virusun qurbanı olub

Fevralın 10-da Azərbaycanda 147 adam COVİD-19 infeksiyasına yoluxub, 236 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə məlumat yayan Nazirlər Kabineti yanında Operativ Qərargah 4 nəfərin öldüyünü qeyd edib.

Operativ Qərargah Azərbaycanda indiyə qədər 231 min 509 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib:

"Onlardan 225 min 914 nəfər müalicə olunaraq sağalıb, 3167 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 2428 nəfərdir".

Qərargah ötən müddətdə 2 milyon 470 min 908 testin aparıldığını xatırladıb:

"Bugünkü test sayı isə 7298-dir".

Ana səhifəSosialSon sutkada Azərbaycanda 147 nəfər koronavirusa yoluxub