İlham Əliyev və Donald Tusk

Mənbə: meydan tv

Başlıq: İlham Əliyev və Donald Tusk

Şərq Tərəfdaşlığından gözləntilər və nəticələr

Müstəqillik illərindən sonra Azərbaycanın Avropa ölkələrinin strukturu ilə əməkdaşlıq münasibətləri formalaşmağa başlandı. Postsovet məkanında daha 6 dövlətin bu inteqrasiya prosesində rol almağına başlanıldı. Yeri düşmüşkən, Şərq Tərəfdaşlıq Proqramı (ŞTP) kimi elan olunan bu münasibətlərin növbəti mərhələsi Avropa İttifaqı ilə əməkdaşlığın üçüncü fazası hesab olunur.

Bu il mövcud əməkdaşlığın 10 ili bağlı həmin ölkələrdə (Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna) geniş miqyaslı tədbirlər həyata keçirildi. Özü də təntənəli şəkildə keçirilən bu tədbirlər yalnız Azərbaycanda keçirilməyib.

Halbuki bu cür formal münasibətlərdən sonra ŞTÖ 2020-ci ildə siyasət çərçivəsi hazırlamağa başlayacaq. Üzv dövlətlər və Şərq Tərəfdaşlığı ölkələri (hökumətlər, parlamentlər, yerli və regional hakimiyyət orqanları), beynəlxalq təşkilatlar, beynəlxalq maliyyə institutları, vətəndaş cəmiyyəti, biznes və özəl sektor, elm ictimaiyyəti, düşüncə mərkəzləri, gənclər, media və digər maraqlı tərəfləri bu müzakirələrə dəvət edib. Bu müzakirələrin sonunda prosesə veriləcək töhfələr əsasında 2020-cu ildən sonrakı Şərq Tərəfdaşlığı üçün təklif olunan yeni çərçivəni əks etdirən sənəd hazırlanacaq.

Yaxın 10 il hansı hadisələrlər yaddaşlarda qaldı deyəndə, göz önünə bir vacib detal gəlir. Onları əsasən bir neçə istiqamətdə qruplaşdırmaq olar. Lakin ictimai faydalılıq baxımından məsələyə yanaşanda altını xırmızı xətlə çəkdiyimiz məqamlar olmamış deyil.

ŞTP-dən vətəndaş cəmiyyəti niyə faydalana bilmədi?

Şərq Tərəfdaşlığı Proqramı əsasən bir qrup QHT sektorunda əsasən inhisarçı mövqeyi ilə seçilən şəxslər tərəfindən müəyyənləşdi. Şərq Tərəfdaşlıq Platformasına seçkilər çox dar çevrələrdə, xüsusi xeyir-dua ilə həyata keçirildi. Açıq-aydın hökumətə "ayı" xidməti göstərən bəzi şəxslər bu prosesin önündə getdilər. Kiçicik istisnalarla layiqli və prinsipial vətəndaş cəmiyyəti sektorunun təmsilçilərini görə bildik. Bu proqram çərçivəsində Aİ ilə əməkdaşlıq çərçivəsində vətəndaş cəmiyyəti sektorunun epizodik uğurları da gözə dəydi. Amma mövcud əməkdaşlıq potensialından çox cüzi formada istifadə imkanları oldu.

Əgər Azərbaycanın Aİ münasibətlərindən bəhrələnmək niyyəti yoxdursa, bu zaman zaman itkisi ilə dəyərləri gözdən salmaq nəyə lazım idi? Cəmiyyətdə ümidsiz gözləntilər yaratmağaın nə adı var? Bu illər ərzində "siçan-pişik" oyunu oynamağa nə ehtiyac var idi? Aİ üçün Azərbaycanı Rusiyanın caynağındn almaq və Avropanın bir parçası kimi hədəfi başadüşüləndir. Bəs Azərbaycan hökuməti Rusiya kimi qurdla qiyamətə niyə qalmaq istəsin ki? Bu strateji sınma nöqtəsi nə zamansa baş verəcəksə, bu prosesi tezləşdirməyin nəyi pisdir ki? Bir balaca kötək yemək bədəli var, vəssəlam. Bu kötəyi Elçibəy vaxtında yemədimi? 90 minlik rus-hərbi qoşunlarını Azərbaycandan çıxaran zaman Rusiyanın acı zəfərini milləti xatirinə şərbət kimi içmədimi? Gəldi-gedər dövlət başçıları rotasiya ilə bir qurbanlıq versələr, millətimiz dünyanın azad ölkələri sırasına sürətlə yaxınlaşmazmı? Cənnətə düşmək istəyənlərin ölməyə hazır olmamaq cəsarəti yoxsa, onda əbədi cəhənnəmdə yaşamağa məhkum olacaq.

Bizim Aİ stukturları ilə əməkdaşlıqdan nəzakətlə belə imtina etməyimizin kökündə demokratiya və insan hüquqları kimi incə məqamlar var. Bu isə Azərbaycan hökumətinin zəif bəndi saymaq olar. Bəzən müxtəlif bəhanələrlə bu prosesi ertələməyin özü bir milləti inkişafdan saxlamaq cəhdidir. İnkişaf təkərini geriyə fırla ki, bu şərtlər mənə uyğun deyil, məncə bu milli mənafelər yox, korporativ maraqların təzahürü sayılmalıdır. Əslində isə dövlətçi təfəkkür tələb edir ki, biz özümümüzü şirkətin meneceri kimi yox, dövlətin idarəedilməsi kimi peşəkar fəaliyyətlə məşğul olaq.

ŞTÖ və KOS: ən aşağı göstərici

Azərbaycanın bu prosesdə rol alması təkcə sosial-institsional aspketlə bağlı olmayıb. Həmçinin bu Proqramda zəif nəticələrimiz iqtisadiyyatla bağlı olmuşdur.

Bildiyimiz kimi dünyada bir ölkənin iqtisadiyyatındakı inkişaf tendensiyasını müəyyənləşdirən faktor həmin ölkənin ÜDM-də, məşulluqda və ixracatında daha Kiçik və Orta Sahibkarlıq (KOS) subyektlərinin daha çox rol alması ilə bağlıdır. Məsələn ABŞ, Yaponiya, İngiltərə, Almaniya, Polşa, Macarıstan kimi ölkələrdə KOS əhalinin məşğulluğunda və ölkələrin ÜDM-ində payı 50%-dən çoxdur. Türkiyə Statistika İnstitutunun hesablamalarına görə, ölkənin istehsal sektorunda kiçik və orta müəssisələrin sayı 3 milyondan çoxdur və bu ümumi müəssisələrin 98,0 - 99,0% təşkil edir. Yaponiyada məşğul əhalinin 75%-dən çoxu KOS subyektlərində çalışır.

Kiçik və orta ölçülü müəssisələr (KOM) Avropa iqtisadiyyatının əsasını təşkil edirlər. Aİ-də biznes fəaliyyətinin 99%-i və özəl sektordakı məşğulluğun üçdə iki hissəsi onların payına düşür. Bundan əlavə, KOM-lar iqtisadi artım, innovasiya, iş yerlərinin yaradılması və sosial inteqrasiyanın təminatında önəmli rol oynayırlar. Şərq Tərəfdaşlığı ölkələri arasında KOM-ların iqtisadiyyatdakı payı Azərbaycanda ən aşağı səviyyədədir. Yol xəritələrində əks olunan plana əsasən, KOM-ların ÜDM-dəki payı 2020-ci ilədək 15%, 2025-ci ilədək isə 35%-ə çatacaq. 2025-ci ildən sonra bu rəqəmin 60%-ə qalxması gözlənilir. Son iki il ərzində KOM-ların rolunun və rəqabətədavamlılığının artırılması üçün zəruri olan institusional və təşkilati strukturun yaradılması istiqamətində əldə olunan irəliləyiş təqdirəlayiqdir. Ötən ilki sorğuda Aİ şirkətlərinin 32%-i Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradılmasını yaxşı, 53%-i isə orta qiymətləndirmişdir. Bu il isə Aİ şirkətləri yeni yaradılan bu qurumun səmərəliliyi barədə narahatlıq ifadə edirlər. Belə ki, Aİ şirkətlərinin yalnız 15%-i agentliyin KOM-lar üçün səmərəli olduğunu, 35%-i isə onun fəaliyyəti barədə yaxşı məlumatlı olmadıqlarını bildirirlər. Şərq Tərəfdaşlığı ölkələri arasında KOM-ların iqtisadiyyatdakı payı Azərbaycanda ən aşağı səviyyədədir. Bu isə bizim iqtisadiyyatda resursların nə dərəcədə ciddi sürətdə konsolidasiya (təmərküzləşmə) əmsalını ifadə edir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wef2dq

Ən çox baxılan