Sergey Lavrov bu gün Azərbaycana gəlir

“Nazirin bu səfəri son hadisələrlə əlaqədar daha vacib əhəmiyyət kəsb edir”

Source:

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Bakıya gəlir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

APA-nın məlumatına görə, S. Lavrov aprelin 7-də Bakıda keçiriləcək Azərbaycan, İran və Rusiya XİN başçılarının görüşündə iştirak edəcək.

“Nazirin bu səfəri son hadisələrlə əlaqədar daha vacib əhəmiyyət kəsb edir. Bakıda Sergey Lavrovun azərbaycanlı həmkarı Elmar Məmmədyarovla ikitərəfli görüşü də planlaşdırılır. Görüşdə Dağlıq Qarabağdakı vəziyyət də müzakirə olunacaq”, – deyə M. Zaxarova qeyd edib.

Ana səhifəXəbərlərSergey Lavrov bu gün Azərbaycana gəlir