Şer: “Putin milyonlarla insanın aclığına görə məsuliyyət daşıyır”

Foto: Meydan TV

“Çünki bu il buğda əkini olmayacaq”

Amerikalı müğənni Şer Rusiyanın Ukraynadakı hərbi əməliyyatları ilə bağlı fikirlərini paylaşıb.

O, “Twitter” hesabında Avropa Şurasının Xarici Əlaqələr üzrə analitik mərkəzinin məqaləsini yerləşdirib.

Məqalədə deyilir ki, Qərbin dəstəyi Ukraynaya rus qoşunlarını öz ərazisindən sürətlə çıxarmağa kömək edə bilər.

“Xarici Əlaqələr üzrə Avropa Şurası, Qərbin silahlı gücü Ukraynaya Rusiyanı məğlub etməyə necə kömək edə bilər? Putin artıq milyonlarla insanın – qadınların, uşaqların qaçqın düşməsinə və dünyada 500 milyona yaxın adamın aclığına görə cavabdehdir, çünki bu il buğda əkini olmayacaq”, – müğənni qeyd edib.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Rusiyanın Ukraynaya hərbi hücumu nəticəsində dünya bazarında taxılın qiyməti son illərin ən yüksək həddinə çatıb.

Ekspertlərin sözlərinə görə, qlobal buğda ticarətinin təxminən 35 faizi Rusiya və Ukraynanın payına düşür.

Ana səhifəMədəniyyətŞer: “Putin milyonlarla insanın aclığına görə məsuliyyət daşıyır”