Şəmkiri qoruyan qala

Şəmkir rayonunun Qədimqala kəndində yerləşən qalanın

antik dövrdə

 tikildiyi güman olunur.

Böyük ipək yolu

 üzərində yerləşən bu abidə

Şəmkir

 şəhərini kənar basqınlardan qorumaq üçün tikilib.

VI əsrdə böyük şəhərə çevrilən “Orta Əsr Qədim Şəmkir Qala Şəhəri” 2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun ərazidə apardığı arxeoloji qazıntılar zamanı tapılıb. XIII əsr ərəb səyyahı

Yaqut əl Həməvi

 "Mücam əl buldan" əsərində Şəmkir qalasını təsvir edib. Qalanın xarabalıqlarında son dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı burada

Əhəmənilər dövləti

 dövrünə aid saray aşkarlanıb.

Bu qədər qədim qalanın tarixi önəmi və turistik əhəmiyyəti gözardı edilir. Yerli sakinlərin sözlərinə görə, qalaya gedən yol kəndin içindən keçir və yaxınlaşdıqca asvalt yol yoxa çıxır. Qədimqala kəndinin sakinləri Qalanın yağış suları ilə də yuyulduğunu və getdikcə aşındığını vurğulayırlar.

Ana səhifəVideoŞəmkiri qoruyan qala