Sel Bakı-Şamaxı-Yevlax yolunu sıradan çıxarıb

Fotolar: Azərtac

Əhaliyə dəymiş ziyan hesablanır

Avqustun 26-da yağan yağış dağlardan sel sularının gəlməsinə səbəb olub. Nəticədə Bakı-Şamaxı-Yevlax avtomobil yolunu su basıb.

Yerli sakinlərin verdiyi məlumata görə, leysan Göyçay rayonunda fəsadlara səbəb olub. Belə ki, rayonun Qaraməryəm kəndini sel basıb, evlər, obyektlər su altında qalıb.

“Report” yazır ki, dağlıq ərazidə yerləşən Qaraməryəm kəndi ərazisindəki xırda balıqçılıq göllərinin daşması nəticəsində sel suları Bakı-Şamaxı-Yevlax yolunu bağlayıb. Magistral yolda nəqliyyatın hərəkəti yarım saatdan çox dayanıb. Bir neçə avtomobil yoldakı qalın lil qatında batıb, sel sularının təsiri nəticəsində 3 avtomobilə ziyan dəyib.

Ötən gün təmirə bağlanan yolun Bakı-Şamaxı-Yevlax avtomobil yolu avqustun 27-də qismən bərpa olunub.

Əraziyə Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikası cəlb olunub.

APA yazır ki, hazırda dəymiş ziyanın hesablanması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə baxış keçirir.

Ana səhifəBölgəSel Bakı-Şamaxı-Yevlax yolunu sıradan çıxarıb