”Sədərək” Ticarət Mərkəzində yanğın olub

Bakının Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzində yanğın hadisəsi baş verib.

Source:
Sədərək TM, foto: sosial şəbəkə
Sədərək TM, foto: sosial şəbəkə


Bakının Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzində yanğın hadisəsi baş verib.

Bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb. Məlumata görə yanğın sentyabrın 24-də səhər saatlarında söndürülüb.

Nazirlik hadisəylə bağlı əlavə məlumat veriləcəyini deyir.

Yanğının vurduğu zərər və səbəblər barədə məlumat verilmir.

“Sədərək” Bakının ən iri ticarət mərkəzlərindən biri sayılır.

Ana səhifəXəbərlər”Sədərək” Ticarət Mərkəzində yanğın olub