”Seçkidə topa bülletenlərin atılması müşahidə olunub”

“Azərbaycanda 11 aprel növbədənkənar prezident seçkiləri hüquq və azadlıqların məhdudlaşdırıldığı bir mühitdə, həqiqi rəqabətin olmadığı şəraitdə keçirilib”. Bu sözləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının aprelin 12-də keçirdiyi mətbuat konfransında səsləndirilib.

Bundan sonra hakimiyyətyönümlü qəzetlərin baş redaktorları səs-küy saldılar. Onlar hesabatda yazılan qanun pozuntuları ilə razılaşmırdılar.

Mübahisə zamanı tədbir dayandırıldı. Bir müddət sonra müşahidə missiyasının üzvləri geri qayıtdılar.

Bəyanatda bildirilir ki, seçkiyə qatılan namizədlər hazırkı prezidenti birbaşa tənqid etməkdən çəkinirdi. Prezidentin təşviqat kampaniyası və rəsmi fəaliyyəti arasında fərq qoyulmurdu. Həmçinin əlavə olunur ki, bəzi müxalifət partiyaları rəqabətsiz mühiti səbəb gətirərək seçkiləri boykot ediblər. Ümumilikdə seçkiqabağı kampaniya məhdud ictimai maraq və iştirak doğurub. Konfransda hökumətin tənqidi mediaya olan münasibəti də qınanılıb.

Ana səhifəVideo”Seçkidə topa bülletenlərin atılması müşahidə olunub”