Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 92-ci günü: yenilənən xəbərlər

Ukrayna. Foto: Drop of Light/shutterstock

Liz Truss: “Qərb hərbi yardım və sanksiyalarla Ukraynanın qələbəsini təmin etməkdə qətiyyətli olmalıdır”

“Rusiyanın təcavüzünü sakitləşdirmək mümkün deyil. Onu güclə qarşılamaq lazımdır”.

Böyük Britaniyanın xarici işlər naziri Liz Truss belə deyib.

Nazir bildirib ki, qərb hərbi yardım və sanksiyalarla Ukraynanın qələbəsini təmin etməkdə qətiyyətli olmalıdır:

Liz Truss. Alexandros Michailidis/shutterstock

“İndi biz daha ayağımızı qaz pedalından çəkə bilmərik”.

Onun fikrincə, Qərb yaxın tarixdən, Putinin Qərb ölkələrindən müxtəlif güzəştlər alaraq, Gürcüstana, ardınca isə Krıma və Donbasa hücumu zamanı nəticə çıxarmalıdır.

“Rusiyanın Ukraynaya qarşı müharibəsində məğlubiyyətini təmin etmək məqsədindən geri çəkilməyə yol verilməməlidir. Biz Ukraynada uzanan və getdikcə ağrılı münaqişənin inkişafına imkan verməməliyik”, – deyə XİN rəhbəri bildirib.


Şolz: “Putinə başa salmalıyıq ki, məcburi sülh olmayacaq”

Qərb istəmir ki, Ukraynaya sülhü kimsə öz şərtləri ilə sırısın.

Bunu Almaniya Kansleri Olaf Şolz Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı deyib.

Olaf Şolz ,By photocosmos1/Shutterstock

Kansler bildirib ki, dünya indi “dönüş nöqtəsindədir”.

“Biz NATO-nu münaqişə tərəfinə çevirəcək addımlar atmayacağıq. Həmçinin, biz daima Putinə başa salmalıyıq ki, heç bir məcburi sülh olmayacaq, ukraynalılar bunu qəbul etməyəcək və biz də qəbul etməyəcəyik”,-deyə Şolz bildirib.


“Ukraynada əhalinin 2 faizi Rusiyaya yaxşı münasibət bəsləyir, 92%-i pis”

24 fevraldan sonra ukraynalıların 2 faizi Rusiyaya yaxşı, 92 faizi isə pis münasibət bəsləməkdə davam edir.

Bunu Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun mayın 13-dən 18-dək keçirdiyi sorğu göstərir.

Bildirilib ki, Rusiyanın Ukraynaya tammiqyaslı işğalından əvvəl son 3 il ərzində Rusiyaya qarşı müsbət münasibət tədricən azalıb:

Ukraynalı qaçqınlar. Foto: Yanosh Nemesh/shutterstock

“Lakin Ukrayna sərhədləri yaxınlığında bir neçə aylıq eskalasiyaya baxmayaraq, 34% Ukrayna əhalisi fevralın əvvəlində hələ də Rusiyaya yaxşı münasibət bəsləyirdi”.

“İndi vətəndaşların yalnız 2%-i Rusiyaya yaxşı münasibət bəsləyir, 92%-i isə pis. Bununla belə, başa düşmək lazımdır ki, 2 faiz təxminən 500 min nəfərdir, yəni hələ də mütləq mənada kifayət qədər əhəmiyyətli rəqəmi saxlayır. Aşkar faktlara baxmayaraq, təcavüzkara müsbət münasibət var”, – deyə institutun sosioloqları qeyd ediblər.


Avropa İttifaqı Rusiyanın 23 milyard avroya yaxın aktivini dondurub

Avropa İttifaqı (Aİ) ölkələri Rusiya Mərkəzi Bankının 23 milyard avroya yaxın (24,5 milyard dollar) aktivini dondurub.

Bu barədə “Reuters” agentliyinə Aİ-nin ədliyyə komissarı Didier Reynders danışıb.

Onun sözlərinə görə, Avropa Komissiyasının Aİ-nin 27 hökumətindən topladığı məlumata görə, bu, dondurulmuş aktivlərin onda birindən az hissəsi Aİ-dədir.

Didier Reynders. Foto: ua.depositphotos.com

Didier Reynders bildirib ki, fevral ayında Ukraynada müharibə başlayandan bəri Aİ-də təxminən 23 milyard avro dondurulub.

Bu rəqəmin ABŞ-ın dondurduğu 100 milyard dollardan da az olduğu qeyd edilir.

“Bundan əlavə, Aİ ölkələri Kremlə yaxın oliqarxlar və məmurlarla əlaqəli yaxtalar və villalar kimi 10 milyard avroya yaxın maddi aktivləri də dondurublar”, – deyə Reynders əlavə edib.


Kuleba: “Ukrayna ordusu Avropanın ən güclü ordusudur”

Ukrayna ordusu Avropanın ən güclü ordusudur.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Davosda ölkəsinin NATO-ya mümkün daxil olmasını şərh edərkən bu açıqlamanı səsləndirib.

Nazir Şimali Atlantika Alyansını hərbi münaqişəyə müdaxilə etməmək siyasətinə görə kəskin tənqid edib.

Ukrayna hərbçiləri
Foto: Meydan.TV

“Biz müttəfiqlərin Ukraynaya necə kömək etdiyini görürük. NATO müttəfiqlərinin bu qrupunun bizə kömək etdiyini görürük. Ancaq müharibə həmişə maskaları çıxaran bir sınaqdır və biz hamımız gerçək üzləri gördük. Gördüklərimiz Avropa İttifaqının hətta onların gözləmədiyi inqilabi, yenilikçi qərarlarıdır və biz NATO-nun bir alyans, bir qurum kimi arxa plana keçdiyini və sözün əsl mənasında heç nə etmədiyini görürük”.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 92-ci günü: yenilənən xəbərlər