Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 89-cu günü: yenilənən xəbərlər

Ukrayna. Foto: Reuters

Rudenko əsirlərin dəyişdirilməsini istisna etmir

Moskva rus əsirlərinin ukraynalı əsgərlərə dəyişdirilməsinin “Azovstal” ilə müzakirəsinin mümkünlüyünü istisna etməyib.

Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko danışıb.

“Azovstal”dan yaralıların təxliyəsi. Foto: Reuters

Nazir müavini mayın 23-də jurnalistlərin Moskvanın bu mübadilənin müzakirəsinə icazə verib-vermədiyi sualına:

“Bu, mənim səlahiyyətimdə deyil, amma yəqin ki, bu, hardasa müzakirə olunur. Mən sağlam düşüncəyə zidd olmayan hər hansı ehtimalı qəbul edirəm”, – deyə cavab verib.


Rusiyalı həbrçiyə ömürlük həbs cəzası

Kiyevin Solomenski Rayon Məhkəməsi rusiyalı hərbçi Vadim Şişimarini ömürlük həbs cəzasına məhkum edib.

21 yaşlı Vadim Şişimarini Sumı vilayətindən olan 62 yaşlı Aleksandr Şelipovu öldürməkdə günahlanıdırılırdı.

Prokurorluğun nümayəndəsi Rusiya hərbçilərinin Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi (“Müharibə qanunlarının və adətlərinin pozulması”) ilə təqsirli bilirdi və ona maksimum cəza – ömürlük həbs cəzasının təyin edilməsini xahiş etmişdi.

Foto: Reuters

Proses zamanı məlum oldu ki, V.Şişimarinin Rusiya ordusunda müqavilə ilə xidmət edirmiş və aylıq maaşı təxminən 500 dollar idi.

Məhkəmə qətlin qəsdən törədildiyi qənaətinə gəlib.

Bu, 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ilk məhkəmədir.


Polşa Rusiya ilə hökumətlərarası sazişi pozur

Polşa Rusiya ilə 1993-cü ildə qaz tədarükünə dair imzalanmış hökumətlərarası sazişi pozur.

Polşanın Strateji enerji infrastrukturu üzrə nümayəndəsi Piotr Naimski belə deyib.

Onun sözlərinə görə, Polşa hökuməti bu barədə qərarı mayın 13-də qəbul edib: “30 ildən sonra, demək olar ki, Polşa ilə Rusiya arasında qaz sənayesində əlaqələr dayanır”.

P.Naimski bildirib ki, qaz kəmərinin Polşa hissəsi qazın ölkə ərazisindən nəqli üçün istifadə olunacaq, həmçinin Almaniyadan Polşaya qaz göndəriləcək.

Polşa-Rusiya. Foto: OnePixelStudio/shutterstock

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Polşa hakimiyyətinin bu addımını dəlilik adlandırıb: “Hazırda dəlilik astanasında Polşa Rusiyaya münasibətdə qəzəbli mövqe tutur. Ona görə də qaz təchizatı ilə bağlı vəziyyətin inkişafını proqnozlaşdırmaq çətindir. Biz indi görürük ki, Polşa hakimiyyəti nə qədər çılğın mövqe tutur. Buna görə də, burada heç nəyə dəyməz”.

Peskovun sözlərinə görə, indi Varşavayla hər hansı müqavilə barədə danışmaq mümkün deyil. O, əlavə edib ki, Polşa çoxdandır qazın pulunu ödəməkdən imtina edir.

Rusiya qazının Polşaya tədarükü haqqında saziş 25 avqust 1993-cü ildə imzalanıb. Sənəd sonuncu dəfə 2010-cu ildə yenilənib. Tədarük həcminin 9,7 milyard kubmetrdən başlayaraq tədricən artırılmasını nəzərdə tuturdu.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 89-cu günü: yenilənən xəbərlər