Mənbə: google

Rusiyada 5 mindən çox etirazçının saxlanıldığı bildirilir

ABŞ, Avropa Birliyi və insan haqları qurumları Rusiya polisinin zorakılığını pisləyiblər

Yanvarın 31-də Navalnı və komandasının ölkə boyunca təşkil etdiyi icazəsiz aksiyalarda 5 mindən çox etirazçı saxlanıb.

Birləşmiş Ştatlar, Avropa Birliyi və insan haqları qurumları Rusiya polisinin zorakılığını pisləyiblər.

Rusiya polisi müxalifətçi Aleksey Navalnıya azadlıq tələb edən dinc etirazçılara qarşı dəyənək və elektroşokerlərdən istifadə edib.

Rusiya Prezidenti Vladimir Putin “müxalifətin icazəsiz yürüşlərində iştirakının bədəlini artırır, döyülmə, cərimə, qısamüddətli həbslərlə potensial etirazçıları qorxutmağa çalışır”, – Karnegi Moskva Mərkəzinin aparıcı əməkdaşı Aleksandr Qabuyev nümayişlərdən sonra postunda yazıb.

Artıq ikinci həftəsonudur onminlərlə vətəndaş şaxtalı havaya, həbs ehtimalına baxmayaraq Navalnını müdafiə etməyə çıxır, Rusiya prezidenti və hökumətindən narazılıq bildirir.

Rusiya polisinin etirazçılarla sərt davranışı isə ötən il Belarusda Alyaksandr Lukaşenkanın istefasını tələb edənlərlə polisin qəddar rəftarını yada salıb.

Birləşmiş Ştatlar, Avropa Birliyi və insan haqları qurumları Rusiya polisinin zorakılığını pisləyiblər.

Navalnı isə Telegram-da tərəfdarlarını polisə toxunmamaq, “provokatorlara uymamaq”la bağlı xəbərdarlıq edib.

Dünən axşamadək Moskvada 5 min 21 etirazçının saxlandığı bildirilir.

Məlumatı “OVD-Info” müstəqil monitorinq mərkəzi yayıb.

Bu, ötən həftəsonu saxlananların sayından çoxdur. Təkcə Moskvada 1600-dən çox saxlanan olub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/m69rca

Ən çox baxılan