Rəsmi: İcra başçısının müavini koronavirusdan ölüb

Baş həkim aparılan profilaktik tədbirlərə baxmayaraq xəstəni xilas edə bilmədiklərini əlavə edib.

Source: Specify Source


Mərhumun məktəb direktoru olan həyat yoldaşının da virusa yoluxduğu deyilir

Samux Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Qəzənfər Əliyev iyunun 20-də vəfat edib.

Qəzənfər Əliyevin COVID-19 infeksiyasından öldüyü bildirilir.

Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov APA-ya bildirib ki, icra başçısının müavini iyunun 14-də ağır vəziyyətdə iki tərəfli pnevmoniya ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Baş həkim aparılan profilaktik tədbirlərə baxmayaraq xəstəni xilas edə bilmədiklərini əlavə edib.

Mərhum Qəzənfər Əliyevin məktəb direktoru olan həyat yoldaşı Arzu Əliyevanın da infeksiyaya yoluxduğu bildirilib.

Qəzənfər Əliyev 1969-cu ildə doğulub.

Dünən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun da koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu haqqında məlumat yayılmışdı. Bundan əvvəl Prezident Admnistrasiyasında 19 nəfər, AMEA-nin 15, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun (DSMF) Qobustan şöbəsinin 7 əməkdaşı koronavirusa yoluxub.

İyunun 19-da Azərbaycanda 438 şəxsin yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmışdı. Hazırda 5 299 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicə aldığı bildirilir.

Ana səhifəSosialRəsmi: İcra başçısının müavini koronavirusdan ölüb