Oğuz şəhəri

Mənbə: Foto: google.az

Başlıq: Oğuz şəhəri

Rəsmi: 13 yaşlı uşağın ölümünə vəhşi heyvan səbəb olub

Məqalə yeniləndi:  23 May 2020

“Uşağın meyitinə baxış zamanı baş nahiyəsindən xəsarətlər aldığı məlum olub”

Oğuz rayonunun Xaçmaz kəndinin sakini, 13 yaşlı Cəbrayıl Məmmədlinin meşədə meyiti tapılıb.

Oğuz Rayon Prokurorluğu və Polis Şöbəsinin yaydığı məlumatda belə deyilir. Bildirilir ki, uşaq mayın 21-də itkin düşübmüş. Ailəsi axtarıb, tapa bilmirmiş.

Odur ki, işə Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Bundan sonra mayın 22-si Cəbrayıl Məmmədlinin meyiti yaşadığı evdən təxminən 2 kilometr aralıdakı meşəlik ərazidən keçən çayda tapılıb.

“Dərhal prokurorluq və polis işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Məhkəmə-tibb ekspertizası təyin olunub, şahidlərin izahatları alınıb”, - məlumatda bildirilir.

Prokurorluq deyir ki, uşağın meyitinə baxış zamanı baş nahiyəsindən xəsarətlər aldığı məlum olub.

Məhkəmə-tibbi eksperti ilkin rəyində bu xəsarətlərin vəhşi heyvanın (ayının) pəncəsinin zərbəsindən yarandığını açıqlayıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma davam edir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  23 May 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/0qb7zn

Ən çox baxılan