”Reina”da qanlı hadisə yerindən fotoreportaj

Terror hadisəsindən sonra İstanbula yollanan Meydan TV əməkdaşı olay yerindən fotoreportaj edib

Source:

Yanvarın 1-ə keçən gecə İstanbuldakı “Reina” gecə klubuna hücum edilib. Silahlı şəxs öncə qapıdakı nəzarətçini və daha bir nəfəri öldürərək içəri keçib. Nəticədə 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında Səudiyyə Ərəbistanı, İordaniya, Mərakeş, Livan, Liviya, İsrail, Rusiya vətəndaşları var.

Hadisə zamanı ölənlər arasında Rusiya vətəndaşı, Azərbaycan əsilli Nuranə Həsənova da var. Onun nəşi yanvarın 2-də Bakıya gətirilib.

Baş vermiş hadisədən sonra İstanbula yollanan Meydan TV əməkdaşı olay yerindən fotoreportaj edib.

Ölənlərin fotoları gecə klubunda güllərin qarşısında yerə qoyulub

Reina gecə klubuna gələn sadə vətəndaşlar ölənlər üçün gül və əklil gətirirlər

Türk televiziyalarından biri canlı efir üçün reportaj hazırlayır

Türkiyə və xarici televiziyalar hər gün Reina gecə klubunun önündə dayanaraq çəkiliş aparırlar

Türkiyə vətəndaşları turistlər terrordan sonra əraziyə gələrək gül dəstələri qoyublar

Terrorda ölənlər üçün müxtəlif kafe və restoranlar Reinanın önünə əklil gətiriblər

Türkiyənin siyasi partiyasının nümayəndəsi televiziyalar üçün açıqlama verir (adını unutmuşam)

Ortaköydən Reina gecə klubuna gedən yol – MuallimNaci Caddesi

Ana səhifəFotoreportaj”Reina”da qanlı hadisə yerindən fotoreportaj