Yanvarın 1-ə keçən gecə İstanbuldakı “Reina” gecə klubuna hücum edilib. Silahlı şəxs öncə qapıdakı nəzarətçini və daha bir nəfəri öldürərək içəri keçib. Nəticədə 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında Səudiyyə Ərəbistanı, İordaniya, Mərakeş, Livan, Liviya, İsrail, Rusiya vətəndaşları var.
Hadisə zamanı ölənlər arasında Rusiya vətəndaşı, Azərbaycan əsilli Nuranə Həsənova da var. Onun nəşi yanvarın 2-də Bakıya gətirilib.
Baş vermiş hadisədən sonra İstanbula yollanan Meydan TV əməkdaşı olay yerindən fotoreportaj edib.