Ramin Musayev bağını satmadığına görə saxlanılıb

Rövnəq Abdullayevin adamı bir nazirin sifarişi ilə incidilir

Source:


Rövnəq Abdullayevin adamı bir nazirin sifarişi ilə incidilir

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin həbs edilməsi ilə bağlı məlumat yayılmışdı. Komanda.az-ın yaydığı məlumatda qeyd olunurdu ki, Musayev həbs edilərək, Abşeron Rayon Polis İdarəsinə aparılıb. Bu barədə məlumatı sayta AFFA-dakı mənbə verib. PFL prezidenti bir neçə ay əvvəl həbs olunub. Musayevi polis idarəsində 7 saata yaxın saxlayıblar. Ona 296-cı maddəyə əsasən (bilə-bilə yalan xəbərçilik etmə) ittiham irəli sürüblər.

Mənbə bildirib ki, hadisəyə AFFA prezidenti Rövnəq Abdullayev də müdaxilə edib. Məhz Abdullayevin işə qarışmasından sonra Ramin Musayev cərimə edilərək, azadlığa buraxılıb.

Məsələ ilə bağlı PFL prezidentinin də mövqeyi öyrənilib.  Ramin Musayev Abşeron Rayon Polis İdarəsində olduğunu təsdiqləyib. Ancaq o, polis idarəsinə başqa bir şəxsin işi ilə bağlı getdiyini deyib:

“Bəli, bir nəfərin işi ilə bağlı polis bölməsində olmuşam. Öz işimlə bağlı deyildi. Polislər sağ olsun, heç bir problem yoxdu. Məsələ həll olunub”.

Hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutan və bu işlə birbaşa əlaqəsi olan mənbə isə Meydan TV-yə bildirib ki, əslində məsələ PFL rəhbərinin dediyi kimi olmayıb. Belə ki, Ramin Musayev güc nazirlərindən birinin göstərişilə saxlanılıb. Daha doğrusu, PFL prezidenti Novxanıdakı bağ evinə görə işə düşüb: “Ramin Musayevin Novaxanıda 15 sot ərazidə salınmış bağ evi var. Bu bağ evi yüksək vəzifəli məmurun bağı ilə yanaşıdı. Həmin məmur Musayevə bağ ərazisini ona satmağı tövsiyə edib. PFL prezidenti Rövnəq Abdullayevlə məsləhətləşib. Abdullayev Musayevə bildirib ki, bağı satmasın. Bundan sonra həmin məmur PFL prezidentinin həbsinə göstəriş verib. Musayev bir neçə saat Abşeron rayon Polis İdarəsində saxlanılıb. Rövnəq Abdullayevin müdaxiləsindən sonra onu azad ediblər. Bizdə olan məlumata görə, Rövnəq Abdullayev həmin məmurun özbaşınalığından prezidentə şikayət edəcəyini bildirib”.

Ana səhifəXəbərlərRamin Musayev bağını satmadığına görə saxlanılıb