Qreta: Koronavirus və iqlim böhranıyla birlikdə mübarizə aparın

Qretanın məktəbdən yayınması qlobal hərəkata səbəb olub və 17 yaşlı məktəblini gənc ekoloji rok ulduzuna çevirib.

Source: Foto: arxiv


“Koronavirusun baş qaldırması o deməkdir ki, elm adamlarına daha artıq qulaq asmaq lazımdır”

“İnsanlar həm koronavirus pandemiyasını, həm də iqlim böhranını birlikdə həll etməlidirlər”-, iqlim dəyişikliyi fəalı Qreta Tunberq (Greta Thunberg) çərşənbə günü Yer Günü tədbirində deyib.

Hələ 15 yaşı olarkən karbon emissiyası ilə əlaqədar İsveç parlamentinin binası qarşısında etiraz etmək üçün cümə günləri məktəbdən yayınan Qreta koronavirusun yayılmasilə əlaqəli güclərin birləşməsi ilə iqlim böhranı probleminin bir kənara atılmamalı olduğunu ifadə edib.

“Bu gün Yer Günüdür və bu, bizə iqlim və ekoloji fövqəladə halın hələ də davam etdiyini xatırladır… Biz koronavirusla iqlim və ekoloji fövqəladə hallarla eyni vaxtda mübarizə aparmalıyıq, çünki iki böhranı da həll etməliyik”,- Qreta deyib.

50 il əvvəl ekoloji problemlərə toxunmaq üçün başlamış Yer Gününü qeyd etmək üçün canlı yayımlanan tədbirə qoşulan Qreta deyib ki, koronavirusun baş qaldırması o deməkdir ki, elm adamlarına və digər mütəxəssislərə hər zamankından daha artıq qulaq asmaq lazımdır.

“Bu, bütün böhranlara, istər koron böhranına və ya hələ də davam edən və yavaşlamayan iqlim böhranına aiddir”,- o deyib.

Açıqlanan araşdırmaya görə, keçən il Avropada rekord ən isti hava müşahidə edilib.

Qretanın məktəbdən yayınması qlobal hərəkata səbəb olub və İndi 17 yaşlı məktəblini gənc ekoloji rok ulduzuna çevirib.

“Gələcək üçün Cümə” gənclik hərəkatının qurucusu Qretanın iqlimlə bağlı tələbləri bir çox gəncin təsəvvürünü oyadıb, lakin ABŞ prezidenti Donald Tramp kimi bəzi dünya liderlərinin qəzəbinə tuş gəlib.

Qreta mart ayında koronavirusdan ciddi şəkildə təsirlənmiş ölkələrə getdikdən sonra koronavirusa yoluxduğunu söyləmişdi. Onun simptomları yüngül olduğu üçün test edilməmişdi.

Ana səhifəDünyaQreta: Koronavirus və iqlim böhranıyla birlikdə mübarizə aparın