Qışda kimsəsiz qalan turizm kəndi

Qəbələnin Duruca kəndi Şahdağın ətəyində, dörd tərəfi dağlarla əhatə olunmuş bir ərazidə yerləşir

Source:

Qəbələnin Duruca kəndi Şahdağın ətəyində, dörd tərəfi dağlarla əhatə olunmuş bir ərazidə yerləşir. Sıldırım qayalar və meşələrin əhatəsində yerləşən kənddə təxmini 120 ev var.

Qəbələnin mərkəzindən 3 km məsafədə yerləşməsinə baxmayaraq, kəndə hələ də qaz xətti çəkilməyib.

Kəndin bir addımlığında yerləşən “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə isə qaz ilk gündən çəkilib.

İstirahət kompleksində fəaliyyət göstərən otelə və restoranda da qaz xətti var.

Qaz olmadığına görə qışda Durucadakı 120 evdən cəmi 3-4-də işıq yanır. Kəndin sakinləri sərt qış aylarını aran zonasında keçirməyə məcbur olur. Buna görə də qışda kəndi ziyarət etsəniz boş evlər, səssiz küçələr görəcəksiz.

Qışda kənd, sadəcə, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə gələn turistlər üçün gözəl mənzərə və görüntü rolunu oynayır. Əksər turistlərin sözlərinə görə, kompleksin zirvəsindən bu kəndin fotolarını çəkib sosial şəbəkələrdə paylaşmağı sevirlər.

Ana səhifə ▸ Fotoreportaj ▸ Qışda kimsəsiz qalan turizm kəndi