Elton Con və Robbi Uilyamsdan xəbər var

Elton Con. Mənbə: stedalle/shutterstock

Elton Con amerikalı həmkarı ilə duet oxuyub

Britaniyalı müğənni Elton Con amerikalı həmkarı Britni Spirslə duet oxuyub.

Onlar Elton Conun 1972-ci ildə oxuduğu “Tiny Dancer” mahnısını birgə ifa ediblər.

Mahnın remiks variantı “Universal Music” studiyasında lentə alınıb.

Duet oxumaq təklifi Elton Condan gəlib.

Britni Spirs daha əvvəllər də “Tiny Dancer” çox sevdiyini bildirmişdi.

Uilyamsın həyatı və karyerası haqqında sənədli film

Britaniyalı müğənni Robbi Uilyams şəxsi həyatı və musiqi karyerası haqqında sənədli film çəkir.

Filmin istehsalına bir neçə ay əvvəl başlanıldığı bildirilir.

İfaçı iyirmi ildən çoxdur ki, heç kimə göstərmədiyi evinə çəkiliş qrupunu buraxacağı bildirilir.

Ana səhifəMədəniyyətElton Con və Robbi Uilyamsdan xəbər var