Günəşli qəsəbəsində yerləşən Fatmeyi-Zəhra məscidi. Qəsəbə sakinləri Qədr gecəsini birlikdə tikintisi yarımçıq qalmış məscidin həyətində keçirirdilər.
Qədr gecəsi Ramazan ayındadır. İslam inancına görə, Qurani-Kərim məhz Ramazan gecələrinin birində lövhi-məfhuzdan tam şəkildə nazil edilib. Buna Qurani-Kərimdə iki ayə dəlildir.
Quranın nazil olunduğu gecə “Qədr gecəsi” adlanır. Qədir gecəsinin konkret hansı gecə olması mübahisəlidir. Amma İslam peyğəmbəri və imamlardan gələn rəvayətlərə görə, Qədr gecəsi Ramazan ayının 19, 21 və 23-cü gecələrindən biridir. Bu gecələr dilimizə “Əhya gecələri” kimi daxil olub.
Bu yazı 9 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 11 İyul 2015 01:50
Son dəyişiklik: 29 Oktyabr 2021 15:48
Qısa link: https://storage.googleapis.com/qurium/www.meydan.tv/az-article-qedr-gecesinden-fotoreportaj.html
Ana səhifə ▸ Fotoreportaj ▸