Qazaxıstan Ermənistanda AİK sammitinin keçirilməsinə mane olub

Qazaxıstan hesab edir ki, Qarabağ münaqişəsinin gərginləşdiyii günlərdə Yerevanda sammitin keçirilməsi Ermənistana birtərəfli dəstək kimi qəbul edilə bilər

Source:
Nursultan Nazarbəyov
Nursultan Nazarbəyov


Qazaxıstan hesab edir ki, Qarabağ münaqişəsinin gərginləşdiyii günlərdə Yerevanda sammitin keçirilməsi Ermənistana birtərəfli dəstək kimi qəbul edilə bilər

Rusiyanın baş naziri Dmitri Medvedyevin Ermənistan səfəri baş tutacaq, lakin Yerevanda Avrasiya İqtisadi Komissiyasının (AİK) sammiti olmayacaq. Bu barədə “Armİnfo” İnformasiya Agentliyi Rusiya diplomatik mənbələrinə istinadən bildirib.

Ermənistan hakimiyyətinə yaxın mənbələrin məlumatına görə, sammit Qazaxıstanın təkidilə təxirə salınıb. Qazaxıstan hesab edir ki, Qarabağ münaqişəsinin gərginləşdiyii günlərdə Yerevanda sammitin keçirilməsi Ermənistana birtərəfli dəstək kimi qəbul edilə bilər.

Eyni zamanda RBK təsdiqləyib ki, Yerevan sammitinin təxirə salınmasına səbəb odur ki, bu, Qarabağ münaqişəsi tərəflərindən birinə dəstək kimi başa düşülə bilər.

Rusiya baş naziri Dmitri Medvedyevin də iştirak edəcəyi sammit aprelin 7-8-də olmalıydı (


“Turan” İA


).

Ana səhifəXəbərlərQazaxıstan Ermənistanda AİK sammitinin keçirilməsinə mane olub