“Qarabağı azad edək, ya qaz çəkək?”

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu məsələyə hökumət üzvləri öz münasibətini bildirəcək.

Source: Meydan TV


Deputat öz həmkarlarına irad bildirdi

Milli Məclisdə büdcə zərfinin müzakirəsi zamanı deputat Elman Nəsirov hərbi sahəyə və işğaldan azad edilən ərazilərin bərpasına ayrılan vəsaiti artırılmasını təklif edib:

“Azərbaycana olan beynəlxalq təzyiqlər, Qarabağda olan təxribatlar fonunda iki istiqamətdə büdcə xərclərinin artırılmasına ehtiyac var. Hərbi sahəyə ayrılan pulu 3 milyarda qaldırmağı təklif edirəm. Müqayisə üçün deyim, Ermənistanın 2021-ci ildə ümumi büdcə gəliri 3 milyard manatdır. İşğaldan azad olunmuş ərazilərin bərpasına ayrılan pul da artırılmalıdır. Bunu 2 milyard dollara çatdırmağa ehtiyac var. Bu vəsaiti böyük mədəni və idman tədbirləri hesabına edə bilərik”.


Aqil Abbas: "Xaricdən borcmu alaq?”

Deputat Aqil Abbas isə həmkarlarının belə təklifini qınayıb:

“Bizim deputatlar, xüsusən də Elman Nəsirov deyir ki, filan yerə 2 milyard artırın, filan yerə 3 milyard artırın. Dövlət müharibədən çıxıb, amma hər birimiz də nəsə tələb edirik. Deputat yoldaşlarımdan xahiş edirəm ki, haradan artırsınlar, onun yerini desinlər də, bəlkə hökumətin xəbəri yoxdur. Bəlkə siz bunun yerini bilirsiniz? Xaricdən borcmu alaq?

Nəzərə alın ki, hökumətin üstünə çox gedirsiniz. Biz 44 günlük Vətən müharibəsi zamanı cəbhəyanı kəndlərin birində idik. Həmin kənddə qaz yoxdur. Orda sual edirdilər ki, bizim kəndə nə vaxt qaz çəkiləcək? Haqlı olaraq belə bir irad səsləndirildi ki, biz müharibə edib Qarabağı azad edək, ya qaz çəkək? Yəni fikir səsləndirəndə bizim 44 günlük ağır müharibədən çıxdığımızı unutmayaq”.

_28701.width-1024.jpg
Aqil Abbas


Komitə sədri: “Bərpa işlərinə yardım üçün ayrıca fond yaradılması məqsədəuyğundur”

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini sədri Tahir Mirkişili bildirib ki, işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin aparılması üçün 2.2 milyard manat vəsaitin nəzərdə tutulması müsbət qiymətləndirilir və növbəti illərdə də bu istiqamətdə vəsaitlərin ayrılması nəzərdə tutulub:

“İş adamları, xaricdə yaşayan sahibkarlar bizə müraciət edərək, bu işlərə dəstək olmaq arzularını bildirirlər. Burada aparılan müzakirələrdə deyilən fikirləri də təhlil edərək düşünürük ki, bu məqsədlə ayrıca bir Fondun yaradılması maliyyələşmə və nəzarət mexanizmlərini daha da təkmilləşdirərdi. Fondun vəsaitinin yalnız büdcə hesabına deyil, həm də sahibkarların dəstəyi və beynəlxalq təşkilatlardan ola biləcək qrantlar hesabına formalaşması aparılacaq işlərə mühüm dəstək ola bilər. Fikrimizcə, xərclənən vəsaitlərin də bir mənbədən reallaşması prosedurları sadələşdirə və şəffaflığı daha da artıra bilər”.

tahir-mirkişili-1.jpg
Tahir Mirkişili

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu məsələyə hökumət üzvləri öz münasibətini bildirəcək.

Ana səhifəSosial“Qarabağı azad edək, ya qaz çəkək?”