Pyer Narsiss vəfat edib

Mənbə: “Globallookpress.com”

Həyat yoldaşı onun yanlış müalicə olunduğunu deyir

Kamerun əsilli rus müğənni Pyer Narsissin vəfat etdiyi bildirilir.

45 yaşlı sənətçinin keçirdiyi böyrək əməliyyatından sonra öldüyü deyilir.

Pyer Narsiss (əsl adı – Mudio Mukuto Pyer Narsis De Napoli De Suza) 1977-ci ildə Kamerunda doğulub.

Orta məktəbi bitirdikdən sonra bacısı ilə birlikdə Rusiyaya köçüb.

1998-ci ildə rejissoru Nikita Mixalkov, ssenari müəllifləri Rüstəm İbrahimbəyov olan “Sibir bərbəri” (“Siberian Barber”) filmində Həbəş şahzadəsini müşayiət edən qulluqçu rolunda çəkilib.

2004-cü ildə İnquşetiyanın əməkdar artisti adına layiq görülüb.

Narsissin “Целуй-целуй” və “Шоколадный заяц” mahnıları hitə çevrilib.

Müğənninin keçmiş həyat yoldaşı Valeriya Kalaçeva deyib ki, həkimlər Narsissi yanlış müalicə ediblər.

Ona görə də müğənni əməliyyatdan sonra komaya düşüb, daha sonra isə yuxuda ikən vəfat edib.

Ana səhifəMədəniyyətPyer Narsiss vəfat edib