Vladimir Putin və həimi Denis Protsenkoy

Mənbə: Google

Başlıq: Vladimir Putin və həimi Denis Protsenkoy

Putinlə təmasda olmuş həkim koronavirusa yoluxub

Məqalə yeniləndi:  1 Aprel 2020

Ötən həftə Rusiya Prezidenti Vladimir Putinə Moskvanın əsas koronavirus xəstəxanasını təqdim edən həkimə çərşənbə axşamı virus diaqnozu qoyulub, - “Reuters” xəbər verir.

Putin keçən çərşənbə axşamı Kommunarka xəstəxanasına baş çəkib və həkim Denis Protsenkoyla söhbət edib. Onların heç biri qoruyucu maska istifadə etməyib, ziyarətin video görüntüsündən görünür.

“Facebook”da yazan Protsenko deyib: “Bəli, mən koronavirus testindən pozitiv keçmişəm, amma özümü yaxşı hiss edirəm. Mən öz ofisimdə təcrid olunmuşam”.

RİA xəbər agentliyi xəbər verir ki, Kreml Putinin mütəmadi olaraq koronavirus testindən keçdiyini, “hər şey qaydasında” olduğunu deyib.

Daha əvvəl Kreml Putinin virus və digər xəstəliklərdən qorunduğunu demişdi.

Kreml cümə günü Putinin administrasiyasında koronavirus hadisəsi barədə məlumat vermişdi, lakin sözügedən şəxsin prezidentlə əlaqə qurmadığını və virusun daha da yayılmasının qarşısını almaq üçün bütün tədbirlərin görüldüyünü qeyd etmişdi.

Çərşənbə axşamı günü Rusiya millət vəkilləri hökumətə koronavirusla əlaqədar fövqəladə vəziyyət elan etmək səlahiyyətini verib. Qaydaların pozulması halında hətta yeddi ilədək cəza verilə bilər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  1 Aprel 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/j9vkea

Ən çox baxılan