“Pink Floyd” qrupundan müharibəyə etiraz musiqisi

“Pink Floyd” qrupu. Foto: Kraft74/shutterstock

“Satışdan əldə olunan gəlirlər Ukraynaya göndəriləcək”

Böyük Britaniyanın “Pink Floyd” qrupu Ukraynaya hərbi müdaxiləyə etiraz əlaməti olaraq yeni kompozisiya təqdim edib.

“Hey Hey Rise Up” adlı mahnıda ukraynalı musiqiçi Andrey Xlıdnyukun Kiyevdəki Sofievskaya Meydanında ifa etdiyi “Ой у лузі червона калина” (Oh, çəmənlikdə qırmızı viburnum) mahnısından fraqment də əlavə olunub.

Qrup üzvləri bildiriblər ki, satışdan əldə olunan gəlirləri Ukraynaya humanitar yardım edəcəklər.

“Dünyanın ən böyük güclərindən birinin demokratik bir ölkəni işğal etməsini, dinc sakinlərini öldürmək kimi çirkin hərəkətlərini pisləyirik, bundan qəzəb duyurur”, – qrupun gitaraçısı və vokalçısı Devid Gilmur deyib.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Həmin tarixdən etibarən Avropa İttifaqı ölkələri, həmçinin Böyük Britaniya, ABŞ, Kanada və digər ölkələr Rusiyaya müxtəlif sanksiyalar tətbiq edir.

Maliyyə sanksiyaları əsasən oliqarxlara, yüksək rütbəli hərbçilərin hesablarına, dövlət məmurlarına, prezidentə, onun köməkçisinə, nazirlərə qoyulan qadağalardır.

Bütün bu sanksiyaların səbəbi Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsidir.

Məqsəd müharibənin maliyyələşdirilməsinin dayandırılmasıdır. Həmçinin bir sıra beynəlxalq musiqi, film şirkətləri, o cümlədən, teatrlar, kinostudiyalar Rusiya və sənətçiləri ilə əməkdaşlığı dayandırıb.

Ana səhifəMədəniyyət“Pink Floyd” qrupundan müharibəyə etiraz musiqisi