“Pfizer” və “BioNTech” peyvəndi “Omicron” ştamının qarşısını qismən ala bilər

Omicron, By Dan74/Shutterstock

Uğur Şahinin fikrincə, peyvəndin ikinci və üçüncü dozası arasındakı müddət qısaldılmalıdır

Cənubi Afrikada yeləşən Afrika Sağlamlıq Tədqiqat İnstitutunun əsas tədqiqat laboratoriyasının rəhbəri çərşənbə axşamı açıqlama verərək bildirib ki, “Pfizer” və “BioNTech” peyvəndinin iki dozası “Omicron” ştamının qarşısını qismən ala bilər.

Bununla yanaşı, tədqiqatın nəticəsi göstərir ki, peyvəndin iki dozasını vurdurmuş və daha öncə infeksiyaya yoluxmuş insanların qanında bu variant zərərsizləşdirilə bilər və peyvəndin əlavə dozalarının vurdurulması bu infeksiyanın qarşısını almağa kömək edər.

Ötən ay ilk dəfə Cənubi Afrikada ortaya çıxan koronavirusun “Omicron” ştamı həyəcana səbəb olub. Yaponiyadan ABŞ-a qədər iyirmidən çox ölkədə bu infeksiyaya yoluxmuş insanların sayı artıb.
Ümumdünya Səhiyyə Təşkilatı noyabrın 26-da bu ştamın ortaya çıxmasından “narahatlıq” duyduqlarını söyləyir. Lakin təşkilat bir çox mutasiyaya məruz qalan “Omicron” ştamı ilə mübarizə üçün xüsusi olaraq hazırlanmış yeni peyvəndlərə ehtiyac yarandığını dəstəkləmək üçün hələlik heç bir sübut olmadığını bilidirib.
Frankfurt Universiteti Xəstəxanasının virusoloqu Sandra Ciesekin ayrıca bir laboratoriyada apardığı tədqiqatın nəticəsi isə daha qaranlıq mənzərəni ortaya qoyur.

O, virusun müxtəlif ştamlarına qarşı peyvənd edilmiş insanların qanından alınmış analiz ilə üç doza “BioNTech/Pfizer” peyvəndi olmuş insanlarda “Omicron” ştamına qarşı anticisimlər yaratmaq qabiliyyətinin “Delta” ştamı ilə müqayisədə 37 dəfə aşağı olduğunu müəyyən edib.

Ciesek həmçinin əlavə edib ki, “Pfizer/BioNTech”, “Moderna” və ya “AstraZeneca/BioNTech” qarışıq vaksinin vurulmasından altı ay keçmiş olsa belə, “Omicron” ştamına qarşı bədəndə antikorun yaranıb-yaranmadığını ölçmək olmaz.

Virusoloq nümunənin sayını demədən bir neçəsinin nəticəsini “Twitter”də paylaşıb və universitet məqalənin hələ dərc edilmədiyini bildirib. ÜST-ün baş alimi Soumya Svaminathan qeyd edib ki, peyvənd olmuş insanlarda “Omicron” ştamına qarşı antikor yaranması əhəmiyyətli dərəcədə azala bilər.

“Bu, peyvəndin effektiv olmayacağı anlamına gəlmir – T-hüceyrələrinin koronavirusa qarşı toxunulmazlığı böyük ehtimalla davam edəcək”, – deyə o “Twitter”də yazıb.

Virusu neytrallaşdıran antikorlar bədəndə immun reaksiyası göstərsə də, elm adamları düşünürlər ki, peyvəndlər B və T kimi hüceyrələri stimullaşdıraraq koronavirusun təsirindən qorumağa kömək edir.

İlkin araşdırmalar “BioNTech” peyvəndinin “Omicron” ştamının səbəb olduğu ciddi xəstəliklərin və ya ölümün qarşısını almaq ehtimalının az olduğunu sübut etmir. Ötən həftə “BioNTech”in baş direktoru Uğur Şahin laboratoriyada araşdırmalar davam edərkən, “İnsanların “Omicron” ştamının səbəb olduğu ciddi xəstəliklərdən əhəmiyyətli dərəcədə qorunma ehtimalının daha yüksək olduğunu düşünürük”,- deyə açıqlama verib.

“Moderna” (MRNA.O), “Johnson & Johnson” (JNJ.N) və digər peyvəndlərin yeni ştama qarşı nə qədər effektiv olduğu barədə isə hələlik əsaslı məlumat yoxdur. “Pfizer” və “BioNTech” daxil olmaqla, bütün şirkətlərin bir neçə həftə ərzində məlumat yayması gözlənilir.

Foto: By diy13/Shutterstock

“BioNTech” və “Pfizer” (PFE.N) şirkətindən çərşənbə günü verilə açıqlamada bildirilir ki, laboratoriyada aparılan tədqiqatların nəticəsi peyvəndin üçüncü dozasının yeni “Omicron” ştamını təsirsiz hala gətirə biləcəyini göstərir. Bu, mRNT vaksinlərinin yeni tipli virusdan qorunmaq üçün effektiv olacağına işarədir.
Almaniya və Amerika şirkətləri, istehsal etdikləri peyvəndlərin iki dozasının bədəndə aşağı səviyyədə zərərsizləşdirici antikor yaradacağını, lakin yenə də bir neçə ciddi xəstəlikdən qoruya biləcəyini açıqlayıb.

“BioNTech”in baş həkimi Özlem Türeci mətbuat konfransında deyib: “İki doza peyvəndlə ilkin müdafiə yarana bilər, ancaq qorunmaq üçün üç doza peyvənd tələb olunur”.

Şirkətlər həmçinin ehtiyac yaranarsa, 2022-ci ilin mart ayında “Omicron” ştamı üçün yenilənmiş peyvənd istehsal edə biləcəklərini açıqlayıblar.

“BioNTech” və “Pfizer” şirkəti istehsal etdikləri peyvəndin “Omicron” ştamına qarşı effektivliyinə dair rəsmi məlumat yayan ilk əczaçılıq şirkətidir.

Çərşənbə günü ABŞ prezidenti Co Bayden “Twitter”də yazıb: ““Pfizer” şirkətinin “Omicron” ştamına qarşı effektivliyi ilə bağlı yeni məlumatlar ümidvericidir”.

“BioNTech”in baş direktoru Uğur Şahin həmçinin əlavə edib ki, ölkələr yeni ştamla mübarizə aparmaq üçün peyvəndin ikinci və üçüncü dozaları arasındakı müddəti qısaltmalıdır.

O, Böyük Britaniya da daxil olmaqla bəzi ölkələrin üçüncü dozanı ikinci dozadan üç ay sonra vurulması üçün qərar qəbul etdiyini xatırladıb. Bu qərardan öncə isə ikinci və üçüncü doza arasındakı müddət altı ay olub.

“Biz bunun ən düzgün yol olduğuna inanırıq, xüsusən də “Omicron” ştamı çox yayıldığı qış mövsümündə ən yaxşı qorunma üsuludur”,- deyə Şahin vurğulayıb.

Vanderbilt Universiteti Tibb Fakültəsinin professoru və ABŞ-da CDC-nin immunizasiya proqramının keçmiş direktoru Valter Orenstein hazırda mövcud olan peyvəndlərin hələ “Omicron” ştamına qarşı istifadə oluna bilməsinin ümidverici olduğunu qeyd edib.

“Biz peyvəndi dəyişdirməli olmayacağıq. Mövcud peyvəndlə heç olmasa ciddi xəstəliklərin qarşısını ala bilərik”,- deyə o qeyd edib.

Bununla belə, şirkətlər “Omicron” ştamına qarşı peyvəndi bazara çıxarmaq üçün səylərini davam etdirəcəklərini açıqlayıblar. Noyabrın 25-dən etibarən bu sahədə işlər başlayıb.

“BioNTech” şirkəti açıqlamasında onu da qeyd edib ki, uyğunlaşdırılmış peyvənd artıq mart ayından mövcud olsa belə, bir müddət geniş istifadə olunmayacaq və bəlkə də yeni peyvənd ilkin olaraq 25 milyondan 75 milyon dozaya qədər istehsal ediləcək.

“Pfizer” şirkətində çalışan Kena Svanson bildirib ki, şirkət hazırda peyvənd olunmamış insanlar üzərində “Omicron” ştamına qarşı spesifik hazırlanan peyvəndin iki dozasını sınaqdan keçirir.

Ana səhifəSağlıq“Pfizer” və “BioNTech” peyvəndi “Omicron” ştamının qarşısını qismən ala bilər