Paşinyanın yaxın qohumuna qarşı cinayət işi açılıb

Baş nazirin dayısı oğlu sənəd saxtalaşdırmaqda şübhəli bilinir

Source: google.az


Baş nazirin dayısı oğlu sənəd saxtalaşdırmaqda şübhəli bilinir

Ermənistanın Baş nazir Nikol Paşinyanın qohumuna qarşı cinayət işi açılıb, – Azadlıq Radiosu xəbər verir.

İstintaq Komitəsinin ilkin məlumatlarına əsasən, 2019-cu ilin fevral ayından etibarən "Dilijan" Dövlət Milli Parkının direktor müavini olan Baş nazirin qohumu kadr şöbəsinə Kənd Təsərrüfatı İnstitutunun saxta diplomunun surətini təqdim edib və işə qəbul edilib. O, sənədlərin saxtalaşdırılmasında şübhəli bilinir.

Bu hadisə ilə bağlı ilk olaraq “Facebook” səhifəsində Baş nazir Paşinyan paylaşıb və bunları yazıb:

"Mən bir mazoxist təəssüratı oyatmaq istəmirəm, ancaq birbaşa təlimatım ilə yaxın qohumlarımdan birinə qarşı sui-istifadəyə görə cinayət işi başlanıldığını bildirməyi istərdim. Şübhə yoxdur ki, hadisə araşdırılacaq və cavabdehlər qanun qarşısında məsuliyyətə cəlb olunacaqlar. Bu, yeni bir Ermənistandır və Baş nazirin heç bir yaxın qohumu qanunun üstündə və ya imtiyazlı ola bilməz".

Bu şəxsin Paşinyanın dayısı oğlu Mamikon Hovannisyan olduğu bildirilir.

Hovannisyan deyib ki, istintaqın tamamlanmasına qədər bu mövzu haqqında danışmaq istəmir. O, qohumu olan Baş nazirə qarşı heç bir narazılığı olmadığını və hər kəsin qanun qarşısında bərabər olduğunu qeyd edib.

"Çox yaxşı münasibətim var. Qanun pozulduğunda, hər kəs bunun üçün cavab verməlidir. Mən də daxil olmaqla Ermənistanın bütün vətəndaşları qanun qarşısında bərabərdir ", – deyə Hovannisyan bildirib və deyib ki, istintaq başa çatdıqdan sonra daha ətraflı məlumat verəcək.

Paşinyan bu haqda dünən Avropa Şurası Parlament Assambleyasının yüksək səviyyəli qurultayında danışıb. Ermənistanda korrupsiyayla mübarizədən danışan Pashinyan öz qohumlarına da acımadığını deyib.

Aprelin 4-də Milli Təhlükəsizlik Xidmətinin istintaq şöbəsində sənədlərin saxtalaşdırılması, saxta sənədlərin satışı və ya istifadə edilməsi maddəsi ilə cinayət işi açılıb. Bu maddə minimum əmək haqqının 200-dən 400 misli qədər cərimə edilməsini və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Ana səhifəDünyaPaşinyanın yaxın qohumuna qarşı cinayət işi açılıb