Oqtay Əsədov yenidən Milli Məclisin sədri seçilib (yenilənib)

Onun namizədliyini hakim partiya irəli sürüb

Source:


Onun namizədliyini hakim partiya irəli sürüb

Bu gün V çağırış Milli Məclisin (MM) ilk sessiyasında MM sədrinin seçkisi olub.

APA-nın məlumatına görə, parlament sədrliyinə Oqtay Əsədovun namizədliyi verilib. Onun namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.

O. Əsədov gizli səsvermə ilə yenidən MM-in sədri seçilib.

Daha sonra Ziyafət Əsgərov MM sədrinin I müavini, Bahar Muradova və Valeh Ələsgərov isə sədr müavinləri seçiliblər.

İclasda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Ana səhifəXəbərlərOqtay Əsədov yenidən Milli Məclisin sədri seçilib (yenilənib)