“Omicron”da ağırlaşmaların “Delta”dan zəif olduğu bildirilir

Omicron, Foto: G.Tbov/Shutterstock

Araşdırmalar yeni ştammın əlamətlərinin yüngül olduğunu göstərir

“Omicron” ştamına yoluxanlar arasında xəstəxanaya ağırlaşmalarla yerləşdirilənlərin sayı 20-70 faiz aşağıdır.
Cənubi Afrika, Şotlandiya və İngiltərədə ayrı-ayrılıqda aparılan elmi araşdırmalar zamanı bu nəticəyə gəlinib.

COVİD-19 virusunun “Omicron” variantının “Delta” ştamı ilə müqayisədə daha yüngül əlamətlərə sahib olduğu ortaya çıxıb.

Cənubi Afrikada aşkarlanan “Omicron” ştamına qısa müddətdə Böyük Britaniya, Hollandiya, Kanada, Danimarka, Almaniya, Belçika, Çexiya və İtaliyada rast gəlinib. Hətta Böyük Britaniyada bir nəfərin ölümünə səbəb olub.

Cənubi Afrikada aparılan araşdırmalara görə, “Omicron” dalğası uzun zaman davam etməyəcək.
Şotlandiyalı elm adamları isə noyabr-dekabr aylarında apardıqları araşdırmalar zamanı “Omicron”da “Delta” ilə müqayisədə ağırlaşmaların çox az olduğu qənaətinə gəliblər.

London İmperial Kollecindən araşdırma qrupu dekabrın ilk iki həftəsində “Omicron” və “Delta” yoluxmalarını müqayisə edib.

Onlar da şotland həmkarları kimi xəstəxanaya müraciətlərin azaldığını müşahidə ediblər.

İlkin hesablamalar göstərib ki, “Delta” variantı halları ilə müqayisədə “omicron”a yoluxmuş insanların xəstəxanaya yerləşdirilmə ehtimalı orta hesabla 15-20 faiz, bir gecə və ya daha uzun müddət xəstəxanada qalma ehtimalı isə 40-45 faiz azdır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikanın cənubunda aşkarlanmış В.1.1.529 ştamını yunan əlifbasının “Omicron” hərfi ilə adlandırıb.

Mütəxəssislər bu ştamın vaksinlərə potensial təsirini araşdırırlar.

Ana səhifəSağlıq“Omicron”da ağırlaşmaların “Delta”dan zəif olduğu bildirilir