Böyük Britaniyada “omicron” ştamından ölüm faktı qeydə alınıb

Omicron, By Dan74/Shutterstock

Xəstəxanaya yerləşdirilənlərin sayı ötənilki göstəricidən yüksək ola bilər

Böyük Britaniyada yayılan “omicron” ştammı artıq ölümə səbəb olub.

Məlumatı jurnalistlərə açıqlamasında Baş nazir Boris Conson verib.

Britaniya hökuməti hesab edir ki, yeni ştamm sürətlə böyük coğrafi ərazini əhatə edə bilər.

London Gigiyena Məktəbinin ehtimallarına görə, bu qış Böyük Britaniyada “omicron” ştamına yoluxma rekord həddə çatacaq.

Xəstəxanaya yerləşdirilənlərin sayı isə ötənilki göstəricidən yüksək ola bilər.

Cənubi Afrikada aşkarlanan “omicron” ştamına qısa müddətdə bir çox ölkədə: Böyük Britaniya, Hollandiya,

Kanada, Danimarka, Almaniya, Belçika, Çexiya və İtaliyada rast gəlinib.
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun “omicron” variantını daha təhlükəli hesab edir.

Ana səhifəDünyaBöyük Britaniyada “omicron” ştamından ölüm faktı qeydə alınıb