Öldürülən şəxsin polisə müqavimət göstərdiyi deyilir

Masallı sakini adam yaralamaqda və silah saxlamada şübhəli bilinib

Source:
Polis
Polis


Masallı sakini adam yaralamaqda və silah saxlamada şübhəli bilinib

Martın 23-də Masallı rayonunun Qızlavar kənd sakini Ağəddin Ağayevin qol və qarın nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

APA-nın

məlumatı

na görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə A.Ağayevi odlu silahdan açdığı atəşlə yaralayıb hadisə yerini tərk edənin Masallı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Əliyev olması və onun Bakı şəhərinə gedərək orada gizlənməsi müəyyən edilib.

Bildirilir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əliyevin paytaxtın N.Nərimanov rayonu ərazisində gizləndiyi müəyyən olunub və yaxalanarkən o, polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərib. Nəticədə Z.Əliyev hadisə yerində öldürülüb.

Məlumatda deyilir ki, onun üzərindən 1 ədəd “Makarov” markalı tapança və 3 ədəd patron, mənzildən isə 2 ədəd qumbara və 5 ədəd giliz aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıldığı bildirilir.

Ana səhifəXəbərlərÖldürülən şəxsin polisə müqavimət göstərdiyi deyilir