Oktyabrın 7-də İntiqam Əliyevin kassasiya şikayətinə baxılacaq

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Source:


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyev kassasiya şikayəti verib.

Vəkil Cavad Cavadlının verdiyi məlumata görə, şikayətə oktyabrın 7-də Ali Məhkəmənin hakimi İlham Cəfərovun sədrlik etdiyi iclasda baxılacaq.

İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsində keçirilən ilkin baxış iclasında İ. Əliyevin vəkilləri prosesin məhkəmə istintaqı ilə aparılması barədə vəsatət veriblər. Lakin məhkəmə vəsatəti təmin etməyib. Həmin qərardan isə vəkillər kassasiya şikayəti veriblər (APA).

Ana səhifəXəbərlərOktyabrın 7-də İntiqam Əliyevin kassasiya şikayətinə baxılacaq